Azərbaycan gücünü nümayiş etdirdi
10:38 03-06-2014
CƏMİYYƏT
Azərbaycan gücünü nümayiş etdirdi
İlham Əliyevin hucum diplomatiyası Ermənistanı çıxılmaz duruma saldı
Azərbaycan regional güc olduğunu bir daha sübut etdi və bunu Ermənistan tərəfi artıq qəbul etmək zorundadır. Belə ki, bu günlərdə Avrasiya İttifaqı təsis edilən zaman maraqlı nüans ortaya çıxdı. Aydın oldu ki, Ermənistan hələ ki, ittifaqa qəbul olunmayacaq. Səbəb isə kifayət qədər maraqlı idi və bəlkədə həmin an Ermənistan prezidenti naqdaun duruma düşmüşdü.
Belə ki, Qazağıstan prezidenti açıq şəkildə bəyan etdi ki, Ermənistanın Avrasiya İttifaqına üzv olması məsələsi ilə bağlı Azərbaycan prezidentindən məktub alıblar və bu məktub nəzərə alınmalıdır. Söhbət Dağlıq Qarabağın işğal olunmasından və Ermənistan ittifaqa üzv qəbul olunan zaman bunun nəzərə alınması istənilirdi.Qazağıstanla Belorusiya prezidenti İlham Əliyevin məktubunu yüksək dəyərləndirdilər və bu səbəbdən Ermənistan gözləməli oldu. Belə olan halda Ermənistan məcburdur ki, Dağlıq Qarabağ mövzusunu ən azından bu ittifaq daxilində unutsun və ittifaqın yarada biləcəyi hər hansı üstünlüklər Dağlıq Qarabağa şamil edilməyəcək. Əslində bu məsələ gündəmə gələndə hər zaman Rusiyaya bel bağlayan Ermənistan Rusiyanın susmasının şahidi oldu. Çünki Vladimir Putin başqa mövqe sərgiləyərdisə ən yaxşı halda ittifaqın yaranması təxirə düşə bilərdi. Rusiya isə öz maraqları naminə Ermənistanın maraqlarını sadəcə olaraq qurban verdi. Buradan hansı nəticələr çıxdı?
1. Azərbaycan Qafqazda əsas söz sahibidir və Azərbaycanla hesablaşmaq şərtdir
2. Possovet ölkələrində Azərbaycan xüsusi siyasi çəkiyə malikdir və bu qəbul edilir
3. Azərbaycan iqtisadi siyasətini düzgün formalaşdırıb və hazırda investor ölkə kimi öz şərtlərini diqtə edə bilir
4. İlham Əliyevin başladığı hucum diplomatiyası artıq faydalarını verir.
Bir zəruri qeydi də demək lazımdır ki, Azərbaycan eyni zamanda müxtəlif vaxtlarda ciddi sınaqlarla üz-üzə qalan MDB ölkələrinə dəstəyini verib və bu gündə Azərbaycan etibarlı tərəfdaş kimi qəbul olunur. Məsələn, illər öncə Rusiya Gürcüstanı tam blokadaya salanda Azərbaycanın sayəsində Gürcüstanın dövlətçiliyi xilas olundu. Və yaxud Belorusiya iqtisadi çöküşlə üz-üzə qalanda məhz Azərbaycanın dəstəyi ilə Belorusiya ayağa qalxa bildi. Azərbaycan həmçinin Ukrayna, Türkiyə, İsrail kimi dövlətlərlə də bu səviyyəli əlaqələr qurub və nəticə ortadadır. Nəhayət son gediş sübut etdi ki, İlham Əliyev illərdi ki, Ermənistanla bağlı apardığı siyasətdə düz olub və hazırda bunun faydaları ortaya çıxır. Belə ki, İlham Əliyev bəyan etmişdi ki, Ermənistan işğalçı dövlət kimi beynəlxalq layihələrdən kənarda qalarsa bu onların çöküşü olacaq. Avrasiya ittifaqının yaranması zamanı bunun şahidi olduq. Belə ki, Ermənistan hətta ən yaxın müttəfiqlərinin belə dəstəyini ala bilmədi. Bunu da qeyd edək ki, İlham Əliyevin həyata keçirtdiyi bu siyasətin məntiqi nəticəsidir ki, bu gün Ermənistanın özündə belə artıq Serj Sarksyan başda olmaqla rəhbərliyə qarşı bir inam yoxdur və hər gün ermənilər məğlub duruma düşdüklərinin şahidi olurlar. Təsəvvür edin, Ermənistan iqtisadiyyatı tam olaraq iflic olub, işlək sənaye müəssisələri Rusiyanın nəzarətindədir, hərbi imkanları Rusiyanın aslılığındadır və sosial çətinlik səbəbindən yüz minlərlə erməni ölkəni tərk edib və bu davam etməkdədir. Bütün bunlar isə real mənzərəni ortaya çıxarır. Başqa bir məqam isə budur ki, artıq Avropada Ermənistanın səmimiyyətinə inanmır. Çünki uzun illər Avropa ilə sıx əməkdaşlıq vəd edən Ermənistan bir günün içində özünü Rusiyanın ağuşuna atdı. Amma təssüfləndirici haldır ki, demokratiya, inteqrasiya çağırışları edən Avropa təşkilatları Ermənistanın bu sürüşkənliyinə heç bir reaksiya vermədilər. Bu isə bir daha sübutlayır ki, İlham Əliyevin qərbyönlü siyasətidə doğru bir siyasətdir. Belə ki, İlham Əliyev dəfələrlə bəyan edib ki, Avropaya inteqrasiyanın tərəfdarıdır və Qərbin enerji təhlükəsizliyində Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Amma bu o demək deyil ki, Azərbaycan, maraqlarına cavab verməyən hansısa təşkilata üzv olmayacaq. Məhz buna görə də Azərbaycan bir neçə il öncə "Tərəfsizlər bloku"na üzv oldu və açıq şəkildə bəyan edildi ki, heç bir hərbi-siyasi bloka Azərbaycan qoşulmayacaq. Bunu da qeyd edək ki, Ukrayna Azərbaycandan fərqli olaraq tam Avropanın şərtlərini qəbul etməyə üstünlük verdi və nəticə göz qabağındadır. Beləliklə çıxarılan nəticə budur ki, Azərbaycanın hucum diplomatiyası özünü doğrultdu və regionda güc sahibi olduğunu təsdiqlədi.
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00