Naftalanda sanatoriyadan 37 yaşlı kişi meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə bu gün Naftalan şəhərində yeriləşən sanatoriyaların birində qeydə alınıb.

Sanatoriyada istirahət edən Özbəkistan Respublikasının vətəndaşı 1988-cu il təvəllüldü Z.Kafarovun meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə Z.Kafarov ürək tutmasından ölüb. İlkin məlumata görə Z.Kafarov Özbəkistandan Nafatalan şəhərinə istirahətə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov