"Bir düşərgənin lideri Cəmil Həsənlidirsə ..."
10:39 03-06-2014
CƏMİYYƏT
"Bir düşərgənin lideri Cəmil Həsənlidirsə ..."
İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter dünən müxalifət liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Görüş saat 17.00-da "Four Seasons Hotel"də baş tutub.
Ölkəmizdə rəsmi səfərdə olan Didye Burkhalterlə görüşdə REAL Hərəkatının icra katibi Natiq Cəfərli, Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli iştirak edib. Son günlər ətrafında qalmaqallar səngiməyən hüquq müdafiəçisi Leyla Yunus, həmçinin "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev də Didye Burkhalterlə müzakirələrdə iştirak edib. AXCP-nin sədr müavini Razi Nurullayev, Müsavat Partiyasından Mehman Cavadoğlu və REAL hərəkatının icra katibi Natiq Cəfərli Didye Burkhalterlə görüş barədə razılıq ediblər.
Xatırladaq ki, bir müddət əvvəl ölkəmizdə rəsmi səfərdə olan Fransa prezidenti Fransua Ollandın da müxalifət liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü baş tutmuşdu.
İndi də İsveçrə prezidenti ilə görüşən müxalifət Qərbin onlara stavka etdiyini və həqiqətən də ciddi qüvvə kimi qəbul olunduqlarını bəyan edirlər. Məlum olduğu kimi, Fransa prezidenti ilə görüşdən sonra radikal müxalifət az qala, Olandın vasitəsiylə hakimiyyətə gələcəklərini də iddia edəcəkdilər. İş o yerə çatdı ki, müxalifət liderləri artıq Azərbaycanla bağlı beynəlxalq dəngələrin dəyişdiyini iddia edirdilər. Amma bir neçə gün sonra bu təbliğatın sabun köpüyü kimi partlayaraq yoxa çıxdığının şahidi olduq. İndi də İsveçrə prezidenti ilə görüşərək yeni bir imitasiya kampaniyasına başlamaq istəyirlər.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib ki, müxalifətin imitasiya və şişirtmə üzərində qurulan siyasətinə fikir vermək lazım deyil. Onun sözlərinə görə, radikal müxalifət hər zaman yalan yerə hay-küy salmağı bacarıb, indi də onu davam etdirir: "Bu, növbəti bir protokol görüşdür və bunu şişirtməyə, onun ətrafında hansısa şoular düzəltməyə ehtiyac yoxdur. Əgər Azərbaycan tərəfi istəməsəydi, bu adamlarla heç kim görüşə bilməzdi. Azərbaycana xaricdən rəsmi səfərə gələnlər öz istəkləri ilə hərəkət etmirlər. Protokol müəyyənləşir, kimlərlə görüşüb-görüşməmək məsələləri həll olunur. Rəsmi Bakı istəməsəydi, nə İsveçrə prezidenti, nə də başqa biri müxalifət nümayəndələri ilə görüşməzdilər. Bir də ki, İsveçrə Avopa da elə də ciddi qüvvə deyil ki, onun prezidenti ilə görüşmək böyük bir hadisə olsun".
Fransa prezidenti ilə görüşü xatırladan ASDP sədri bildirib ki, Ollandın müxalifətlə görüşməsi də gözlənilən idi. Onun sözlərinə görə,Ollan bütün cinsi azlıqları müdafiə edən bir prezidentdir, onun hamını qəbul eləməsi, görüşməsi, dəstək verməsi mümkündür: "İş ondadır ki, Azərbaycan müxalifəti Azərbaycan xalqı üçün işləmir, hamısı satılmağa hazırdır. Ona görə də əgər bir qüvvə xarici dövlətə satılırsa, deməli, o qüvvə cinsi azlıqdan da pisdir. Bir düşərgənin lideri Cəmil Həsənlidirsə, mənim deməyə başqa sözüm yoxdur. Bir dəfə partiyasını satıb gedib parlamentdə oturdu və on il məddahlıq elədi. Sonra saxta arayışla təqaüd aldı. Seçkidə beş faiz səs alıb utanmadan deyir ki, seçkini udub. İndi lideri belə bir adam olan düşərgəyə necə yanaşmaq olar? Yəni, heç kim onlara ciddi bir qüvvə kimi yanaşmır. Amma gəlirlər, görüşürlər, bir dənə quş qoyurlar ki, bunlarla da görüşdüm. Bir də ki, Qərbə kim xidmət edirsə, kim onların maraqlarını təmin edirsə, onunla da görüşürlər. Mən hər yerdə onları söyürəm, belə olan təqdirdə, sözsüz ki, mənimlə görüşməzlər".
Mövzu ilə bağlı "Unikal"a açıqlama verən İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı da müxalifəti milli maraqlarımızı partiya maraqlarına qurban verməkdə ittiham edib: "Milli və dövlət maraqlarında müxalifətdə olmaq sahib durmaqdan irəli gəlir. İndiyə kimi müxalifət rəhbərləri şəxsi və partiya maraqlarına sahib durmaqdan üstün tutduqlarına görə xalqa təsir etmək və ona doğru olan yolu göstərmək, istiqamətləndirmək imkanından məhrum olublar. Belə ki, ictimai azadlıq istəyənlər, mənəvi azad olmalıdırlar. İnsanlara zalımları yox, zülmü tanıtdırmaq və mübarizə etmək üçün yaxşı nümunə olub, düşünüb, düşündürüb və hərəkət sistemini yaratmaq günün vacib tələbidir. Elə milli müqavimət belə incə və həssas mövqelərdən qaynaqlana bilir".
AİDP sədri onu da bildirib ki, xarici ölkə səfirliklərinin ölkəmizə iqtisadi maraqları demokratiya və insan azadlığından irəlidədir. Onun sözlərinə görə, bunu anlamaq üçün ən azından ötən 10 illiklər əsas verir: "Bizim müxalifət rəhbərləri isə ictimai həyata yenilik gətirmək, axtarışda olmaq əvəzinə, xarici qüvvələrin dəstəyinə hesablanan siyasət yürüdürlər. Bu isə müxalifətin yanlış yolda olmaqlarından və xalqı aldatmaqdan xəbər verir. Müxalifət düşərgəsində birliyə nail olmadan və xalqda inam yaratmadan hansı qapıya getsələr boşdur və faydasızdır. Əksinə belə məsuliyyətsizlik, millətimizə və dövlətimizə zərərli və düşmənçilik kimi dəyərləndirilməlidir".
Qərib Gəraylı
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49