Lalə Şövkət tərəfini bəlli etdi
10:40 03-06-2014
CƏMİYYƏT
Lalə Şövkət tərəfini bəlli etdi
ALP lideri Rusiya meyyli mövqedə durduğunu bəyan etməklə, Kremlə "mən də varam" mesajı verir
Dünən Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin rəhbərliyi ilə partiyanın iclası keçirilib. Bu barədə ALP sədri Əvəz Temirxan məlumat verib.
Onun sözlərinə görə, Lalə Şövkətin evində keçirilən toplantıda partiyadaxili məsələlər və geopolitik durum müzakirə olunub: "Bəzi partiyalar təbliğat üçün bütün müzakirə etdikləri məsələləri mətbuata çıxarırlar. Biz bunun tərəfdarı deyilik".
Ə.Temirxan qeyd edib ki, L.Şövkət Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsini alqışlayır: "Rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsini doğru addım sayır. Bununla bərabər Azərbaycan çalışmalıdır ki, bu, Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına gətirib çıxarmasın. Lalə xanımın mövqeyi ondan ibarətdir ki, Azərbaycan ehtiyatlı olmalıdır. Suyu üfürə-üfürə içməliyik. Elə etməliyik ki, Rusiya ilə münasibətləri korlamayaq".
Məlum olduğu kimi, Lalə Şövkət uzun müddətdir ki, ortalıqda görünmür. Əslində, onun kölgəyə çəkilməsinin də xüsusi səbəbləri var. "Unikal"a daxil olan məlumata görə, Lalə Şövkət Ukrayna hadisələri başlayandan bəri siyasi proseslərdən əlini-ətəyini tamamilə çəkməsinin də arxasında həmin məqamlar dayanır. Bizi bilgiləndirən ALP yetkililərindən birinin sözlərinə görə, Lalə xanım bununla bağlı partiya funksionerlərinə də müvafiq göstərişlər verib: "Gördüyünüz kimi, ALP sədri Əvəz Temirxan da passiv mövqedədir. Həmişə milli maraqların ən aqressiv müdafiəçisi olan Əvəz Temirxan indi Rusiya əleyhinə bir kəlmə belə danışmır. İlk vaxtlar bunu gözləmə mövqeyi kimi dəyərləndirənlər olsa da, sonda hər şey məlum oldu. Yəni, Lalə xanım hamını toplayaraq Rusiya əleyhinə danışmamağı, əksinə, rusiyameylli kurs tutmağı məsləhət görüb".
Müsahibimiz onu da bildirib ki, bir neçə həftə öncə Azərbaycanda Rusiyanın "5-ci kalon"unun olması ilə bağlı məlumatlar dolaşanda heç kimin ağlına ALP gəlmirdi. Amma Lalə Şövkətin bir siyasətçi kimi Rusiyada formalaşması və ordan Bakıya gəlməsi hamının yadındadır. Zaman-zaman Rusiyanın maraqlarına uyğun mövqe tutması da bunu deməyə əsas verir ki, Lalə Şövkət yenidən Rusiyanın adamı kimi siyasət meydanına atılmaq istəyir. Hər halda, qarşıdakı dövrdə hər şey açıq-aşkar görünəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55