Əli Hüseynli: "Azərbaycanda Andlılar Məhkəməsi yaradılmayacaq"
10:50 03-06-2014
CƏMİYYƏT
Əli Hüseynli: "Azərbaycanda Andlılar Məhkəməsi yaradılmayacaq"
"Andlılar Məhkəməsi məsələsi əvvəlki dövrlərdə olduğu kimi, indi dünyada o qədər də ciddi aktuallıq kəsb etmir".
Bunu açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dilə gətirib.
Komitə sədrinin sözlərinə görə, Andlılar Məhkəməsi ideyası əvvəllər daha çox ictimaiyyətin, vətəndaşın məhkəmə hakimiyyəti işinə cəlbi mənasını, məhkəmə hakimiyyətinin demokratikləşməsi, onun açıqlılığı mənasını daşıyırdı və bu da müəyyən mərhələlərdə olurdu.
"Amma indi bir çox yerlərdə Andıllar Məhkəməsi özünü doğrultmur. Bir çox ölkələrin bu yöndəki təcrübəsini yaxından öyrənmişik və görmüşük ki, bu məsələ gözlənilən effekti vermir. Çünki təəssüflər olsun ki, Andlılar Məhkəməsinin özündə qəbul edilən qərarlarda pozuntulara, ciddi səhvlərə, hətta korrupsiya hallarına və digər xoşagəlməz hallara yol verilir.
Eyni zamanda baxmayaraq ki, bizim qanunvericilikdə də bu məsələ var və biz də bunu o ərəfədə etmişdik ki, məhkəmə islahatlarına hələ tam başlanılmamışdı. Amma indiki mərhələdə - o mərhələdə ki, bizdə artıq çox sistemli məhkəmə-hüquq islahatları aparılır - Andlılar Məhkəməsini yaratmağa, onu Azərbaycanda tətbiq etməyə heç bir ehtiyac görümürük. Əksinə, hesab edirik ki, mövcud qanunun həmin o, işləməyən fəslini də qanunvericilkdən çıxarmaq lazımdır" - deyə komitə sədri əlavə edib.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49