Mikayıl Cabbarov:"Dərsliklər məsələsində seçim edirik"
11:35 13-06-2014
CƏMİYYƏT
Mikayıl Cabbarov:"Dərsliklər məsələsində seçim edirik"
"Müəllimlərin iş yerlərini dəyişdirməsi, dərs yükünün optimallaşdırılması sahəsində tədbirlər görülüb, bu prosesin elektronlaşdırılması şəffaflıq üçün geniş imkanlar yaradır".
Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən mətbuat konfransında səsləndirib.
Nazir gələcək məktəb direktorların hazırlanması prosesində onların tələb olunan müasir biliklərə yiyələnməsi, biliklərinin qiymətləndirilməsindən danışıb: "Ümid edirik ki, imtahan verən gələcək direktorların gələcək fəaliyyətində yeni yanaşmaların şahidi olacağıq".
M. Cabbarov qeyd edib ki, ən aktual mövzulardan biri də dərsliklərin hazırlanması istiqamətində dəyişikliklərin baş verməsidir: "Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq təcrübə dərsliklərin qiymətləndirilməsi şurası, ali məktəblərin ixtisaslaşmış kafedraları və TQDK-nın monitorinq qrupu prosesə cəlb edilib. Əgər bundan əvvəl dərslik hazırlanıb çap edildikdən sonra qiymətləndirilirdisə, bu il prosesi təkmilləşdirilmişik. Dərsliyin qiymətləndirilməsi prosesində fərz edək ki, 7-ci sinif üçün ingilis dili dərsliyi üçün 3 müxtəlif dərslikdən birini seçmək məcburiyyətindəyik. Bu dərslik tələbə cavab vermirsə də seçməliyik. Əgər seçməsək növbəti tədris ilində dərslik olmayacaq. Ona görə də sistem optimallaşdırılmalıdır. Məsələnin aktuallığını çatdırmaq üçün deməliyik ki, bir fənn üçün 1 və ya 2 təklif alarıq. Sistemli şəkildə bunu stimullaşdıracağıq".
Digər Xəbərlər
2024-12-29 15:06:00
2024-12-29 14:56:27
2024-12-29 14:55:20
2024-12-29 14:38:32
2024-12-29 14:14:05
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00