Millət vəkili Ağrı dağın zirvəsində
11:20 15-07-2014
CƏMİYYƏT
Millət vəkili Ağrı dağın zirvəsində
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Ağrı dağın zirvəsinə çıxıb.
Millət vəkili orijinal addımını Heydər Əliyevin siyasətə gəlişinin 45 illiyinə həsr edib. Millət vəkili ilə zirvəyə Avrasiya İqtisad Əlaqələr Dərnəyinin sədri, "EkoAvrasiya" dərgisinin baş redaktoru Hikmet Eren də çıxıb.
"Ağrı Dağ Türk dünyasının birlik və həmrəylik rəmzidir. Üstəlik, bu dağın türk dünyası üçün xüsusi önəmi var. Yüz ildən çoxdur ki, ermənilər bu dağa iddia irəli sürürlər. Bir neçə il bundan öncə Ermənistan prezidenti Serj Sərkisyanın erməni gənclərinə bu dağı almaq tövsiyyəsinə ən yaxşı cavabı prezident İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanla görüşündə vermişdi. Prezidentin ermənilərin bu addımını onların bir daha işğalçılıq mahiyyətini ortaya qoyduğunu qeyd etməsi işğalçı dövlətin başçısına tutarlı cavab idi",-deyə millət vəkili əlavə edib.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22