Həbs olunan qarabağlı mafiozla bağlı ilginc təfərrüat
11:35 18-07-2014
CƏMİYYƏT
Həbs olunan qarabağlı mafiozla bağlı ilginc təfərrüat
O, Lavrova "uşağım", Ermənistan rəhbərlərinə isə "tulalarım" deyirmiş
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) müstəntiqləri Moskvada həbs olunan qarabağlı erməni mafioz, dünyanın 10 ən varlı ermənisindən biri olan Levon Ayrapetyana məxsus oteldə döyüş sursatı aşkar ediblər.
FTX L.Ayrapetyanın həmsahibi olduğu dördulduzlu, elitar "President Hotel"də axtarış aparıblar və döyüş sursatı tapıblar.
Ayrapetyan iyulun 15-də Moskvanın "Domodedovo" aeroportunda FTX xüsusi təyinatlıları tərəfindən həbs olunub. O, onlarla sifarişli qətl həyata keçirmiş "Kinqisepskaya bandası" ilə əlbir olmaqda ittiham edilir. Ayrapetyanın banda ilə əlaqələri barədə "Kinqisepskaya bandası"nın işinə görə ömürlük həbs cəzası çəkən keçmiş senator İqor İzmestyev istintaqa ifadə verib.
L.Ayrapetyan sovet dövründə məşhur "Oqonyok" jurnalında və "Komsomolskaya pravda"da işləyib. O, Rusiyanın keçmiş baş naziri Viktor Çernomırdin və digər siyasi elita üzvləri ilə dostluq münasibətləri yaradıb.
Sonradan biznesə keçən Ayrapetyan neft daşımaları ilə məşğul olaraq böyük kapital əldə edib və dünyanın 10 ən varlı ermənisindən birinə çevrilib. O, Dağlıq Qarabağda erməni separatizmini və Azərbaycan ərazilərinin işğalını maliyyələşdirənlərdən biridir. Qondarma "Dağlıq Qarabağ respublikası"nın yaradılması layihəsinin müəllifi də Ayrapetyandır və o, separatçı rejimin əsas sponsorlarından biridir.
Əslən Ağdərənin Vəng kəndindən olan Ayrapetyan həmçinin "soyqırım"ın tanıdılması üçün dünya miqyasında lobbi fəaliyyətləri həyata keçirir.
İstintaqdakı mənbələrdən məlum olub ki, Ayrapetyanı hələlik iqtisadi cinayətlərdə ittiham edirlər. Bura mənimsəmə, cinayətkar yollarla qazanılmış pulların leqallaşdırılması maddələri daxildir. Bir neçə sifarişli qətlə görə ömürlük həbsə məhkum edilmiş senator İzmestyevin ifadəsinə əsasən 2009-cu ildə Başqırdıstanın "Başneft" şirkətinin satışına dair sövdələşmədə məhz Ayrapetyan iştirak edib.
Bu şirkətə üç il ərzində Başqırdıstan prezidenti Murtaza Rəhimovun oğlu Ural Rəhimov başçılıq edirdi. Bu sövdələşmə nəticəsində "Başneft" şirkəti "Sistema" maliyyə korporasiyasının mülkiyyətinə çevrilib. "Sistema" "Başneft" üçün 2 milyard dollar ödəyib.
Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti, əslən Qarabağdan olan Robert Köçəryan "Sistema" korporasiyasının səhmdarlarından biridir və bu şirkətin direktorlar şurasının üzvüdür. Köçəryanla Ayrapetyan arasında dostluq və ortaqlıq münasibətləri var.
İstintaqa verilən ifadəyə görə, Ayrapetyan həmçinin İzmestyevi Başqırdıstan prezidenti Murtaza Rəhimovla tanış edib və sonradan gələcəl senatoru öz neft biznesinə cəlb edib. Bunun sayəsində İzmestyev Moskvada "Korus Holdinq" adlı şirkət yaradıb.
Bildirilir ki, Ayrapetyan Monakodan Fransanın Nittsa şəhəri üzərindən Moskvaya uçub. Onun həbsindən sonra əməliyyatçılar erməni mafiozun həmsahibi olduğu "President Hotel"də axtarış aparıblar. Əməliyyatçılar səhmlərinin yarısı Ayrapetyana məxsus olan otelin 13-cü mərtəbəsində dəlillər axtarıblar. Axtarış zamanı otaqlardan birindən naməlum mənşəli iki qutu patron aşkar edilib. Həmçinin biznes fəaliyyətinə dair sənədlər götürülüb.
"President Hotel"
Ayrapetyanın yaxın dostu, Şuşanın işğalına başçılıq etmiş erməni general Arkadi Ter-Tadevosyan isə "Azadlıq" radiosunun erməni xidmətinə bildirib ki, onun dostunun həbsini azərbaycanlılar təşkil edib. Ter-Tadevosyan L.Ayrapetyanın Moskvaya Monakodan gəldiyini təkzib edərək deyib ki, Rusiya tərəfinin bu və ya digər iddiaları yalandır.
"Biz onunla birlikdə Qarabağda idik, Qarabağdan İrəvana gəldik. İrəvandan Ayrapetyan Moskvaya uçdu" - deyə Ter-Tadevosyan bildirib.
Digər maraqlı detal budur ki, səhmlərinin yarısı Ayrapetyana, yarısı Rusiya prezidentinin İşlər İdarəsinə məxsus olan "President Hotel"də ötən il Azərbaycana qarşı toplantılar təşkil edilirdi. Ləzgi separatçıları və Kremlin bəzi dairələri bu oteldə toplantılar təşkil edərək Azərbaycanda etnik azlıqların hüquqlarının pozulduğu barədə bəyanatlar verirdilər.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22