Səfir: "İranda vurulmuş İsrail istehsallı kəşfiyyat təyyarəsinin Azərbaycandan buraxıldığı
barədə xəbərlər məqsədli şəkildə yayımlanır"
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İranda vurulmuş İsrail istehsalı olan kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən buraxıldığı barədə yayılan məlumatları təkzib edib.
M.Pakayin bildirib ki, bu barədə dəqiq fikir söyləmək üçün aparılan tədqiqatların nəticəsini gözləmək lazımdır.
Səfir bu xəbərlərin İsrail mediasında yayıldığını vurğulayaraq deyib: "Bu xəbərlər məqsədli şəkildə yayımlanır və İranın qonşuları, o cümlədən Azərbaycan ilə münasibətlərinə xələl gətirmək niyyəti ilə dərc olunur".
M.Pakayin bildirib ki, Azərbaycan rəsmiləri də bu xəbərin doğru olmadığını, onun iki ölkənin munasibətlərini pozmaq üçün yayımlandığını qeyd ediblər: "Azərbaycan Konstitusiyası hər hansı bir xarici ölkənin Azərbaycanda hərbi baza yaratmasına icazə vermir".
Səfir həmçinin deyib ki, heç bir İran rəsmisi bu təyyarənin Azərbaycan ərazisindən buraxıldığını iddia etməyib. Qeyd edək ki, avqustun 24-də İran hərbçiləri bəyan ediblər ki, onlar İran İslam Respublikasının hava məkanında İsrail istehsallı "Hermes 450" pilotsuz kəşfiyyat təyyarəsini vurublar. Onların sözlərinə görə, pilotsuz kəşfiyyat təyyarəsi uranın zənginləşdirilməsi üçün atom müəssisəsinin yerləşdiyi Nətənz bölgəsini görməyə cəhd edib. İsrail tərəfi bildirib ki, təyyarə İsrail istehsalı olsa da, Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi ölkələrin Silahlı Qüvvələrinin silahlanmasındadır. Bir sıra xarici KİV isə kəşfiyyat təyyarəsinin guya Azərbaycan ərazisindən buraxıldığı barədə dəqiqləşdirilməmiş məlumat yayıblar.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35