Məşhur azərbaycanlı şahmatçı yenə geri getdi
10:21 02-09-2014
İDMAN
Məşhur azərbaycanlı şahmatçı yenə geri getdi
Teymur Rəcəbov FİDE-nin reytinqində növbəti dəfə gerilədi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Sentyabr üçün açıqlanan "Top-100"də Azərbaycan təmsilçiləri də yer alıb.
Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarov malikdi. Həmyerlimiz Olimpiadada uğurlu çıxışdan sonra 6 pillə irəliləyərək, 12-ci pilləyə yüksəlib. O, aktivindəki xalların sayını da 2765-ya çatdırıb.
Məmmədyarovdan fərqli, Teymur Rəcəbov 33-cü pilləyə enib. O, 6 pillə geriləyib - 2717 xal.
Yığmamızın liderlərindən olan Rauf Məmmədov (2660) da geriləyənlər arasındadı. O, 2 rəqibini özündən irəli buraxmaqla, 93-cü yerdədi.
Eltac Səfərli isə "Top-100"dəki yerini qaytarıb. Qrossmeysterimiz 2655 xalla 100-102-ci yerlərə şərikdi.
Qadınların siyahısında isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.
Reytinq cədvəlinin ilk "üçlüyü"ndə dəyişiklik baş verməyib. Norveçli Maqnus Karlsenin 2870 xalla başçılıq etdiyi siyahıda ermənistanlı Levon Aronyan (2804) ikinci, italiyalı Fabiano Karauna (2801) üçüncüdü.
İlkin Həsənoğlu
Digər Xəbərlər
2024-12-25 21:24:30
2024-12-25 20:42:24
2024-12-25 20:08:19
2024-12-25 18:45:12
2024-12-25 17:50:40
2024-12-25 17:33:22
2024-12-25 11:27:00
2024-12-24 23:55:16
2024-12-24 23:41:31
2024-12-24 23:06:26
2024-12-24 21:50:16
2024-12-24 21:20:12
2024-12-24 20:40:42
2024-12-24 19:58:40
2024-12-24 19:21:08
2024-12-24 18:09:50
2024-12-24 17:55:05
2024-12-24 17:18:37
2024-12-24 16:26:00
2024-12-24 15:32:19