Şamaxı rayonunda qəzalı vəziyyətə düşən evlərin sayı 375-ə çatıb
11:52 04-05-2012
KRİMİNAL
Şamaxı rayonunda qəzalı vəziyyətə düşən evlərin sayı 375-ə çatıb
Fəlakət bölgəsindəki iki kəndin köçürülməsi, daha iki kəndin sakinləri üçün isə yeni evlərin tikilməsinə qərar verilib
Şamaxı rayonunun kəndlərində torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən evlərin sayı artıb. Torpaq sürüşməsinin aktivləşməsi nəticəsində daha 150 evdə böyük çatlar əmələ gəlib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Qasım Qasımov bildirib ki, cari ildə rayonda torpaq sürüşməsinin aktivləşməsi nəticəsində qəzalı vəziyyətə düşən evlərin sayı artıb. Onun sözlərinə görə, bu il rayonun 21 kəndində daha 150 ev yaşayış üçün təhlükəli vəziyyətə düşüb. Hazırda rayonda ümumilikdə 375 evin qəzalı vəziyyətdə olması barədə qərar qəbul edilib.
"Rayonun ən aktiv sürüşmə zonaları olan Muğanlıda qəzalı evlərin sayı 32 ev artaraq 46-a, Quşçuda 12 ev artaraq 26-a, Birinci Çaylıda 33 ev artaraq 50-ə, Meysəridə 16 ev artaraq 36-ya, Dədəgünəşdə 28 ev artaraq 64-ə, Sağyanda 1 ev artaraq 17-ə, Birinci Çağanda 17 ev artaraq 23-ə çatıb. Artıq Muğanlı və Dədəgünəş kəndlərinin tamamilə köçürülməsi, Meysəri və Sağyan kəndlərində qəzalı vəziyyətə düşən evlərin sakinləri üçün yeni mənzillərin inşası barədə qərar qəbul edilib. Mütəxəssislər həmin kəndlərdə olub, əraziyə, evlərə baxış keçiriblər. Vəziyyət nəzarət altındadır. Yeni evlərin tikiləcəyi ərazilərdə geoloji-mühəndis işləri aparılıb, ərazinin təhlükəsizliyi yoxlanılıb və hazırda mənzillərin inşası üçün hökumətin son qərarını gözləyirik".
Digər Xəbərlər
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14