
10 ildir prokuror işləyən Adıgözəlov işdən çıxarılıb
Səbail rayon prokuroru Şirxan Adıgözəlov vəzifəsindən azad olunub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Qafqazinfo"ya faktı təsdiqləyib.
Onun sözlərinə görə, Səbail rayon prokuroru Ş.Adıgözəlov Baş Prokurorluq üzrə müvafiq əmrlə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarından xaric edilib.