Qərbin sanksiyaları və Putinin dirənişi
12:11 09-10-2014
CƏMİYYƏT
Qərbin sanksiyaları və Putinin dirənişi
Rusiya Mərkəzi Bankı sürətlə dəyər itirən rublun hazırki kursunun saxlanması üçün bazara 1 milyard dollar valyuta daxil edib. Lakin görünür ki, Qərb sanksiyaları fonunda bu tədbir yalnız qısa effektli təsir göstərib. Çünki bu gün Moskva fond birjasında dollar 24, avro isə 31 qəpik bahalaşıb. 1 dollar – 39,98 rubla, avro isə 50,5 rubla dəyişdirilir.
Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması Rusiya Mərkəzi Bankının rublun kursunu sabit saxlama şanslarını daha da məhdudlaşdırıb. İlk sanksiyaların tətbiq olunduğu mart ayından bəri Rusiya böyük maliyyə və nüzuf itkisi ilə üzləşib. Putinin aqressiv Ukrayna siyasəti ölkədən 100 milyarda qədər xarici kapitalın çıxarılmasına, aparıcı Qərb texnologiyalarının məhrum olmasına və bank sektorunda məhdudiyyətlərlə üzləşməsinə gətirib. Bunun əvəzində atılan cavab addımları isə yalnız ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının qadağan olunmasından ibarət olub.
Ekspertlər yarm trilyonluq valyuta rezervləri olan Rusiyanın yaxın 3 ildə sanksiyaların öhdəsindən gələ biləcəyini bildirsə də, uzaq perspektivdə ölkə iqtisadiyyatının çətin günlər gözlədiyini bildirib. Artıq bu çətin günləri sadə rusiyalı öz üzərində hiss edir. Qərbdən kənd təsərrüfatı məhsullarının – meyvə-tərəvəz, balıq, süd və s. qadağan olunmasından sonra daxili bazarda ərazğın bahalaşması və bu bahalıq fonunda rublun dəyərdən düşməsi müşahidə olunur. Bütün növ balıq məhsullarının qiyməti 30-50%, süd məhsulları, o cümlədən pendirin qiyməti 10-25%, meyvə-tərəvəz 20-50% bahalaşıb. Ənənəvi idxal bazarlarından məhrum olan Rusiya rəhbərliyi yerli istehsalçıların əhalini lazımi əraqla təmin edə bilmdəyini də yaxşı anlayır. Buna görə də postsovet ölkələri, Cənubi Asiya, Şimali Afrika və Latın Amerikası ölkələrindən məhsulların idxal olunması planlaşdırılır. Lakin bu da ucuz başa gəlmir. Rusiyanın donuz ətinə olan tələbatının əsas ödəyicisi Braziliya ətin ixrac qiymətini 60%-ə qədər bahaşaldırıb. Argentina və Çili isə tədarük etdikləri məhsulun qiymətini 30% qaldırıblar.
Rusiya Avropa meyvə-tərəvəzini Yaxın Şərq ölkələri ilə də əvəzləyib. Türkiyə, Özbəkistan və Mərakeş hazırda əsas tədarükçü rolunu oynamağa başlayıblar. Lakin onların da Rusiya bazarını tam təmin etmək potensialı azdır. Qarşıdan gələn qış aylarında Moskvada meyvə-tərəvəz məhsullarının 40%-ə qədər bahlaşması gözlənilir. Yaranmış situasiyada ən çox qazanan isə Belarus, Qazaxıstan və Ermənistan fermerləri olacaq.
2015-ci ilin yanvarından vahid bazarın formalaşacağı Avrasiya İttifaqı daxilində onlar öz məhsullarını maneəsiz olaraq Rusiya ərazisində sata biləcəklər.
Kənd təsərrüfatı ilə yanaşı hərbi sahədə də vəziyyət Rusiya üçün ürəkaçan deyil. Xarici dövlətlə silah alqı-satqısı ilə bağlı istənilən sövdələşməsində dollardan istifadə qadağan olunub. NATO-dan alınan hərbi təyinatlı məhsulların da Rusiyaya satılması qadağan olunduğundan Putin hökuməti bir çox sərt tədbirlərə gedib. İlk növbədə 2011-2020-ci illər Rusiya ordusunun silah arsenalının modernləşdirilməsi ilə bağlı qəbul edilən 10 illik plan 2025-ci lə qədər uzadılıb. Layihə üçün nəzərə tutulan 2 trilyon rubl vəsait isə yarıbayarı azaldılıb.
Sanksiyaların ölkə iqtisadiyyatına vurduğu zərəri azaltmaq üçün Rusiya Federasiyası dünya bazaqrında qızılın alşını artırıb. Hazırda ölkədə 1112,5 ton qızıl ehtiyatı var və bu göstərici ilə dünyaya 5-ci yeri tutur. Məqsəd avro və dollardan imtina etməklə sanksiyaların təsirini azaltmaqdır. Məhz bu məqsədlə Rusiya valyuta ehtiyatlarının 70%-ini təşkil edən avro-dollardan azad olmaq üçün qızılla yanaşı Çin yuanının alışına diqqət göstərir. Lakin ekspertlərtin fikrincə, dünya bazarında neftin qiymətinin ucuzlaşdığı məqamda Rusiyanın həyata keçirdiyi tədbirlər az təsirli olacaq. Onlar əlavə edirlər ki, artıq iqtisadiyyatı çətinlik görən Putin Rusiyası 3 ildən sonra dərin iqtisadi böhran mərhələsinə və dollar çatışmazlığından əziyytə çəkən bank sisteminin çöküşü ilə üzləşəcək.
Vüqar İsmayılov
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50