Elxan Qaraqan: "Heyvanxanadan qaçan meymun da…"
12:32 09-10-2014
ŞOU
Elxan Qaraqan: "Heyvanxanadan qaçan meymun da…"
Ailem.az-ın "O..." layihəsinin növbəti müsahibi məşhur repçi və yazıçı Elxan Zeynallıdır (Qaraqan).
- Rəsmi, yoxsa vətəndaş nigahı?
- Sevgi.
- Sevgili, yoxsa həyat yoldaşı?
- Sevimli həyat yoldaşı.
- Seks, yoxsa sevgi?
- Təbii ki, hər ikisi.
- "Qızlar", yoxsa "qadınım"?
- Bu sözlərin heç biri uyğun gəlmir. Hekayələr və roman - belə deyərdim.
- Dostlarınızda nəyə önəm verirsiniz?
- Kişiliyə, sözü açıqlığa, mərdliyə, əqidəliliyə.
- Xaos, yoxsa nizam?
- Xaos, əslində, mürəkkəbliyini anlamadığımız nizamdır.
- Oxucu, ya dinləyici?
- Oxucular daha sadiqdir. Oxucular məni 300 səhifə oxuyacaq qədər səbrlidir. Mahnıları küçədən keçən də dinləyə bilər.
- Ədəbiyyat, yoxsa musiqi?
- Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
- "Milli Kitab Mükafatı", yoxsa "Maşın Şou"?
- Qələbə yarışa qatıldığın an bitir.
- Məşhur olmaq, yoxsa olmamaq?
- Heyvanxanadan qaçan meymun da bir gün içində məşhur ola bilər. Hörmətli olmaq daha vacibdir.
- Qaraqan intorvertdir, yoxsa ekstravert?
- Ağıllı insanların əhatəsində ekstravert, qalan bütün hallarda introvert.
- Koelyo, yoxsa Dostoyevski?
- "Yüz ölç bir biç" və "Bir işə başlamaqdan əvvəl, təbii ki, görəcəyinizi işin bütün xırdalıqlarını nəzərə alaraq, qəti fikirlərinizi və tərəddüdləri, şübhələri və ehtimalları göz önünə alıb, onların müqayisəsindən gələn nəticəyə uyğun olaraq seçiminizi etməlisiniz". Yəni zövq məsələsidir.
- "Beş mərtəbəli evin altıncı mərtəbəsi", yoxsa "Quqark"?
- Yalnız birincini oxumuşam, ona görə bu haqda fikir bildirə bilmərəm.
- Kabab, yoxsa steyk?
- Steyk - well done, BBQ sousu ilə.
- Azərbaycan, yoxsa başqa bir ölkə?...
- Vizasız sistem.
- Şərq, yoxsa Qərb?
- Bir ömür sürəcək dünya səyahəti.
- Hansılarla daha yaxşı dost olursunuz: qadın, yoxsa kişi?
- Qadın dostum yoxdur.
- Qadında sevmədiyiniz 3 xüsusiyyət hansılardır?
- Azad olmaması, müstəqil olmaması, bunun üçün savaşmaması.
- Kişi üçün ən çox hansı önəmlidir? Yaraşıq, seksuallıq, intellekt?
- Mənim üçün ən vacibi yaxşı insan olmasıdır. Mənə qarşı yaxşı yox, ümumiyyətlə, işıqlı, yaxşı insan olması. Daha sonra, intelekt və seksuallıq.
- Xəyanətlə üzləşsəniz, reaksiyanız necə olar?
- Xəyanət edənləri, pislik edənləri, satqınlıq edənləri kompüterimə düşən zərərli fayl kimi sistemdən silirəm. Səhv edənləri isə bağışlayıram. Bu planda çox soyuqqanlıyam. Emosiyaya qapılmadan düşünə bilirəm.
- Xoşbəxt olmaq üçün nə lazımdır?
- Xoşbəxt olmaq lazımdır ki?
- Qəhrəmanınız kimdir?
- Bütün yaxşı insanlar.
- Kimin yerində olmaq istərdiniz?
- Öz yerim çox rahatdır.
- Sizi ən çox hansı sual bezdirir?
- "Şəkil çəkdirmək olar?"
- Nəyi etmədiyinizə görə peşmanlıq çəkirsiniz?
- Məktəbi və universiteti vaxtında atmadığıma görə. Çox vaxt müqabilində həddindən az bilik verilirdi.
- "H.O.S.T" olmasaydı, nə dəyişərdi?
- Həyat zəncirvaridir. Yaxın dostlarımın hamısı köhnə "Host"çulardı. Səhnədə olan yox, səhnə arxasında olan "Host"çular. İndi "HOST Madhouse" olub. Adamlar eyni, ad fərqli.
- Reinkarnasiyaya inansaq, dünyaya nə cür qayıtmaq istərdiniz?
- Daha üst mənəvi halda. Növbəti sınaqlar üçün.
- İndiyə kimi yazdıqlarınız arasında sizi tam olaraq ifadə edən bir cümlə...
- "Bir neçə Saatlıq" mahnısı.
- Həyat fəlsəfənizi hansı şüar ifadə edir?
- Həyat anından asılı olaraq dəyişir.
- "İndiki ağlım olsaydı..." – cümlənin davamını necə bitirərdiniz?
- İndiki ağlım olsaydı, beyin təzyiqi qazanardım. Hər şey vaxtında yaxşıdır.
Digər Xəbərlər
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00
2024-12-21 00:44:40