Erməni "soyqırım"ı qapının astanasında
Ağ evdə erməni xalçası
2015-ci il Ermənistan və erməni lobbisi üçün mühüm və prinsipial il olacaq. Çünki qondarma erməni "soyqırım"ının 100 illiyi tamam olacaq. Bundan maksimum dərəcədə yararlanmağa çalışan Ermənistan bir çox sahələrdə uğur əldə etməyə, "soyqırım"ın ABŞ kimi dövlətlər tərəfindən də tanınmasına nail olmağa çalışacaqlar.
Və indidən bunun anonsu gedir və bəzi addımlar da atılır. Belə ki, ABŞ hakimiyyəti 1915-ci il hadisələrini əks etdirən qondarma "erməni soyqırımı"nı "əks etdirən" xalçanın Ağ evdə sərgilənəcəyini açıqlayıb. Məlumata əsasən, xalça 18-23 noyabr tarixlərində nümayiş etdiriləcək.Məlumat üçün bildirək ki, keçən il erməni lobbisinin istəyinə baxmayaraq Ağ ev "erməni soyqırımı"nı "əks etdirən" xalçanın sərgilənməsinə icazə verməmişdi.Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.Türkiyə hökuməti 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılaraq, arxivlərin açılmasını təklif etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifini hələ də rədd edir. Maraqlıdır, erməni "soyqırım"ı qəbul olunarsa nələr baş verəcək və bu 100 illikdə ermənilər həmçinin Azərbaycana hansı zərbəni vura biləcək?
Öncəliklə qeyd edək ki, bu prosesdə sonuncu dəfə erməni lobbisi,erməni kilsəsi və Ermənistan höküməti birgə fəaliyyət göstərəcək və istənilən uğuru əldə edə bilməsələr aralarında ciddi qarşıdurma yaranacaq ki, bu da yeni mərhələnin, daha doğrusu erməni toplumunun xilası olacaq. Hazırda isə hər üç qüvvə bir aradadır və real təhlükə mənbəyi olaraq qalırlar. Çünki erməni lobbisi əsasən beynəlxalq təşkilatlarla, lobbi təsirində olan siyasətçilərlə beynəlxalq ictimaətinə rəğbətini qazanacaq müstəvidə işlər görəcəklər. Erməni kilsəsi bütün gücünü səfərbər edərək xristian dünyasına, dini təşkilatlara təsir etməyə çalışacaq və bu "soyqırım"ın, həmçinin Dağlıq Qarabağ probleminin məhz türklərin xristianları sıradan çıxartması konteksində təbliğatı qurulacaq. Nəhayət Ermənistan hökümətinin özü bir neçə istiqamətdə addım atacaq. Bunlar nədir?
1. Erməni "soyqırım"ının dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq
2. Dağlıq Qarabağ problemini, "soyqırım" oyununun tərkib hissəsi kimi təqdim etmək
3. Avropada Ermənistanın müsbət imicinin formalaşmasına və bir həmrəyliyin yaranmasına nail olmaq
4. Türkiyə ilə problemlər yaşayan güclərlə bir araya gəlmək
5. Türkiyənin nüfuzuna ağır zərbə vurmaq və Avropa İttifaqına üzv olmaq məqsədinə bir dəfəlik son qoymaq niyyətlərinin icrasına çalışacaqlar.
Dünya dövlətlərinin erməni "soyqırım"ını tanıması məsələsinə gəldikdə isə bu ümumilikdə regionda durumu dəyişə bilər. Çünki belə bir hal olarsa aşağıdakı proseslər başlayacaq.
- Türkiyə "soyqırım" zamanı Türkiyədə yaşayan ermənilərə milyardlarla dollar həcmində təzminat ödəməli olacaq.
- O zamanlar Türkiyədə yaşayan ermənilərin Türkiyəyə qayıtmasını və öz mülkələrinə sahib olmalarına şərait yaratmalı olacaq
- "soyqırım" törətdiyi təsdiqlənən bir dövlət kimi imicinə ağır zərbə vurulacaq.
Sözsüz ki, bunun davamı olaraq Ermənistan Türkiyəyə qarşı torpaq iddiasını reallaşdırmağa daha yaxın olacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54