İslamçılar da hərəkətə gəldilər
12:57 08-05-2012
İQTİSADİYYAT
İslamçılar da hərəkətə gəldilər
İrançı dindarlar mayın 21-də Bakıda "Eurovizion" əleyhinə aksiya keçirəcəklər
Mayın ortalarından etibarən Azərbaycanda keçiriləcək "Eurovizion" Musiqi Yarışması heç də birmənalı olaraq qarşılanmır. Avropanın ən nəhəng mədəniyyət müsabiqəsi olan bu yarışda ötən il birinci olmağımızdan sonra bəzi qüvvələr buna qarşı çıxmağa başlayıblar. Xüsusən də İranın nəzarətində olan dindarların məsələyə münasibəti daha kəskindir.
Belə ki, onlar "Eurovizion"un Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olduğunu bəyan edirlər. Əsas arqumentləri də budur ki, Bakıda "Gey Parad" keçiriləcək. Elə bu səbəbdən də həmin məsələyə qarşı kəskin mübarizə aparacaqlarını bəyan edirlər. Artıq bir neçə bu tip addım atılıb. Onlardan biri aprelin 23-də şəhərin müxtəlif yerlərində keçirilib ki, həmin etirazlar nəticəsində 4 nəfərin həbs olunduğuna dair məlumatlar var.
İslamçıların hazırda əsas hədəfi isə "Eurovizion"un final mərhələsində etiraz aksiyası keçirməkdir. Bununla əlaqədar olaraq onlar mayın 21-də Bakıda etiraz aksiyası keçirməyi planlaşdırırlar.
Bu barədə yayılan məlumatlarda deyilir ki, dindarlar həmin gün daha böyük qüvvə ilə küçəyə çıxaraq, etirazlarını bildirmək istəyirlər. Ələlxüsus da bu məsələdə ən aktiv qüvvə İranın nəzarətində olan dindarlardır. Onların İranda yaratdıqları saytlar da məhz bu təbliğata xidmət etməyə başlayıb.
Qeyd edək ki, İranın nəzarətində olan dindarların bu şəkildə fəallaşmasının səbəbi heç də "Eurovizion" yarışması deyil. Bu sadəcə, bəhanədir. Əsas hədəf isə Azərbaycandır ki, bunun da səbəbi var. Həmin səbəblərdən ən birincisi son dövrlər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Tehran kəşfiyyatına işləyən dəstələrin həbs olunmasıdır. Özünün bir sıra çirkin planlarını həyata keçirmək istəyən İran həmin adamların imkanlarından yararlanmağa çalışırdı. Bu plan baş tutmayandan sonra bəhanə olaraq "Eurovizion" yarışması hədəfə alınmağa başladı.
Dindarların Azərbaycanda nəsə edə biləcəyi məsələsinə gəldikdə isə bu barədə birmənalı olaraq bir şey demək mümkün deyil.
Ekspertlərin fikrincə, hal-hazırda Azərbaycanla İran arasında münasibətlər gərgindir, Azərbaycan-İran münasibətlərinə ciddi müdaxilələr görünür:
"Bu da vəziyyətin gərginləşməsinə xidmət edir. O cümlədən, Azərbaycanın rəsmi saytlarına haker hücumunun İrandan təşkil edilməsi və əksinə, İran saytlarına haker hücumlarının Azərbaycanın cavab tədbiri olması barədə iddialar buna xidmət edir".
Ekspertlər vurğulayırlar ki, İranın bu gün Azərbaycanda müəyyən təsir imkanları var. Onların sözlərinə görə, əvvəlki illərə nisbətdə bu imkanların məhdudlaşdırıldığı göz qabağındadır: "İranın təsiri altında olan dindarlar Bakıda etiraz aksiyası keçirə bilərlər. Amma onların addımları bu həddən o tərəfə keçə bilməz.
Bundan başqa, ekspertlər onu da deyirlər ki, Tehran mollalarının nəzarətində olan dindarlar Azərbaycanda keçirilən mötəbər bir yarış ərəfəsində belə bir addım atsa, bu, iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə gətirib çıxara bilər.
Cavid
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00