Ziya Məmmədov: "Üç ay ərzində 1100 inzibati xəta aşkarlanıb"
12:59 08-05-2012
CƏMİYYƏT
Ziya Məmmədov: "Üç ay ərzində 1100 inzibati xəta aşkarlanıb"
Nəqliyyat naziri Ziya Məmmədov nəqliyyat-yol kompleksi sahəsindəki işlərdən danışaraq bildirib ki, nəqliyyat xidmətlərinə artan tələbatın təmin edilməsi məqsədi ilə daha səmərəli nəqliyyat sisteminin yaradılmasına istiqamətlənmiş və cənab Prezidentin sərəncamları ilə təsdiq olunmuş proqramların yerinə yetirilməsi nazirliyin əsas fəaliyyət istiqamətidir.
Qeyd edim ki, ötən illər ərzində bu sahədə bir sıra problemlərin həllinə nail olunub, zəruri maddi-texniki baza formalaşdırılıb, bununla da hazırda görülən işlər üçün əsaslı zəmin yaradılıb. Elə ötən il müddətində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və əldə olunmuş uğurlar bir daha sübut edir ki, nəqliyyat-yol infrastrukturunun inkişafında yüksək dinamizm var.
O,həmçinin iri layihələrdən də danışıb:-" 2011-ci il ərzində nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülüb, infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə nail olunub. Ötən il ərzində nəqliyyat sektoru üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilib, 203,5 milyon ton yük, 1491,9 milyon nəfər sərnişin daşınıb.
"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi" üzrə işlər davam etdirilib, hazırda yolun Axalkələk-Kartsaxi (Türkiyə sərhəddi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası və Kartsaxidə stansiya binasının tikintisi həyata keçirilir. Həmçinin, Axalkələk stansiyasının və Türkiyə-Gürcüstan sərhəddində tikiləcək 4,2 km uzunluğunda tunelin layihələndirilməsi işləri aparılır. Eyni zamanda yolun 153 km-lik Marabda-Axalkələk sahəsinin 3 mərhələdən ibarət reabilitasiya və rekonstruksiyanın I mərhələsində işlər davam etdirilib.
Bununla yanaşı, dəmir yolunun bu marşrut üzərində yerləşən infrastrukturunun yeniləşdirilməsi tədbirləri müəyyən edilib və "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrasına başlanılıb.
Dəmir yolunun Bakı-Böyük-Kəsik sahəsində 317 km uzunluğunda baş yolların əsaslı təmirinə başlanılıb və bu məqsədlə 2011-ci ilin dövlət büdcəsindən və beynəlxalq maliyyə institutlarının kreditlərindən 59,4 milyon manat vəsait sərf olunub.
Yolun bu hissəsində enerji təchizatının və işarəvermə sisteminin yeniləşməsi, həmçinin, yeni lokomotivlərin və sərnişin vaqonlarının alınması və digər layihələr üzrə müvafiq işlər aparılır. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə Beynəlxalq mühasibat hesablama standartlarına (BMHS) keçid ilə bağlı maliyyə sistemlərində islahatların aparılması üçün məsləhətçi G&G Consulting (Turkiyə) şirkəti seçilib və bu şirkət ilə müqavilə bağlanaraq işlərin icrasına başlanıb".
Nazir bunu da qeyd edib ki, "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi" üzrə işlər davam etdirilib, hazırda yolun Axalkələk-Kartsaxi (Türkiyə sərhədi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası və Kartsaxidə stansiya binasının, yolun 101-103 km-lik ərazisində yerləşən uzunluğu 150 m olan körpünün tikintisi həyata keçirilir. Həmçinin, Axalkələk stansiyasının və Türkiyə-Gürcüstan sərhədində tikiləcək 4,2 km uzunluğunda tunelin və Axalkələk stansiyasının layihələndirilməsi işləri başa çatdırılıb. Eyni zamanda, bu dövrdə yolun 153 km-lik Marabda-Axalkələk sahəsinin 3 mərhələdən ibarət reabilitasiya və rekonstruksiyanın I mərhələsində işlər davam etdirilib.
Bununla yanaşı, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq dəmir yolunun Bakı - Böyük-Kəsik sahəsində 317 km uzunluğunda baş yolların əsaslı təmirinə başlanılıb, cari ilin I rübü ərzində 32,7 km yol əsaslı təmir olunub və bu məqsədlə hesabat dövründə beynəlxalq maliyyə institutlarının kreditlərindən 10,8 milyon manat vəsait sərf olunub. Yolun bu hissəsində enerji təchizatının və işarəvermə sisteminin yeniləşməsi, həmçinin, yeni lokomotivlərin, sərnişin vaqonlarının alınması və digər layihələr üzrə müvafiq işlər görülüb.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazisinin tikintiyə hazırlanması və Bakı-Ələt avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi işlərinə də başlanılıb. Hazırda liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılır. Yaxın günlərdə liman ərazisinin quru hissəsində tikinti və avadanlıqların təchizatı işlərini aparacaq podratçının müəyyən edilməsi məqsədilə tender keçiriləcək.
Yerli əhəmiyyətli Xocasən-Lökbatan, Cəlilabad-Yardımlı, Qusar-Əniğ-Ləzə avtomobil yollarının tikintisi, Qəbələ-Küsnət-Laza avtomobil yolunun yenidən qurulması, İsmayıllı-Lahıc, Şamaxı-Göylər Çöl-Padar, M -2 ( 482 km) -Salahlı-Aslanbəyli-Kəmərli, Quba-Qəçrəş, Şəki-Qax-Zaqatala yolunun Şəki-Qax sahəsinin əsaslı təmiri layihələri üzrə tikinti işləri davam etdirilib.
Akif
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00