Leyla Yunusun erməni tərəfdarları aksiya keçirib
11:45 22-10-2014
CƏMİYYƏT
Leyla Yunusun erməni
tərəfdarları aksiya keçirib
Həbsdə olan hüquq müdafiəçisinin ermənilərlə işbirliyində olması bir daha təsdiqləndi
Ermənilərlə işbirliyində olan, milli dövlətçilik maraqlarımızı şəxsi mənafeyinə qurban verən "hüquq müdafiəçisi" Leyla Yunusla bağlı redaksiyamıza ilginc məlumat daxil olub.
Fransadakı soydaşlarımızın "Unikal"a verdiyi məlumata görə, dünən bir qrup erməni Leyla Yunusun azadlığa buraxılması üçün piket keçirib. Aksiyada Leyla Yunusun haqsız yerə həbs olunduğunu tələb edən şüarlar səsləndirilib. Aksiyanın təşkilatçıları insan hüquqlarının müdafiəçisinin həbsinin arxasında başqa məqamların olduğunu bildirib.
Təbii ki, ermənilərin Leyla Yunusa qarşı həmrəylik nümayiş etdirmələrinin səbəbi aydındır. Bu, bir daha göstərir ki, Leyla Yunus iddia olunduğu kimi, həm əslən ermənidir, həm də dövlət maraqlarımızı erməni xislətinə qurban verir.
Ekspertlər bildirirlər ki, ermənilər onların mənafeyinə xidmət göstərənləri də heç vaxt unutmur, məqamı gələndə öz dəstəklərini əsirgəmirlər. Bunun daha bir örnəyini ölkəmizdə baş verən son hadisələr zamanı da müşahidə etməkdəyik. Belə ki, "hüquq müdafiəçisi", ermənipərəst Leyla Yunus xalqımıza, dövlətimizə xəyanət etməkdə, dövlət sirrini düşmən tərəfə ötürməkdə, vergidən yayınmada şübhəli bilinərək məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən sonra yaşananlar ermənilərin və onların təsiri altında fəaliyyət göstərən anti-Azərbaycan dairələrin bu bədnam qadının ermənilər üçün nə qədər böyük xidmətlər göstərdiyini bir daha ortaya qoyur. Buna görədir ki, ermənilərin təsiri altında fəaliyyət göstərən siyasətçilər L.Yunusu müdafiə xarakterli bəyanatlar səsləndirir, erməni diasporu mətbuatında onunla bağlı yazılar dərc olunur, təzyiq qrupu xarakterli bəzi təşkilatlar isə ona mükafat vermək üçün sıraya düzülüblər. Son olaraq isə Türkiyə ermənilərinin nüfuzlu qəzetlərindən hesab olunan və İstanbulda nəşr edilən "Agos" qəzeti Avropa erməniləri ilə həmrəylik nümayiş etdirərək, Leyla Yunusun müdafiəsi üçün səfərbər olub. Həftəlik nəşr olunan qəzet Leyla Yunus haqqında geniş bir məqalə ilə çıxış edərək, öz fəaliyyət prinsiplərinə sadiq qaldığını bir daha sübut edib.
Xatırladaq ki, bir müddət öncə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus rəhbərlik etdiyi təşkilatın nəzdində Repressiyalara Qarşı Müqavimət Mərkəzi yaradıb. O, mərkəzin yaradılmasına ehtiyacı hakimiyyətin təzyiqləri qarşısında vətəndaş cəmiyyətinin müdafiə mövqeyindən hücuma keçmək zərurəti ilə izah edib. Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov həmin dövrdə məsələylə bağlı mövqe bildirərkən demişdi ki, Leyla Yunus sifarişlə hərəkət edir: "Leyla Yunus nə təşkilatı yaradır-yaratsın, adını nə qoyur-qoysun, o, erməni təşkilatı olacaq. Repressiyalara Qarşı Müqavimət Mərkəzi adı ilə demək istəyir ki, guya Azərbaycanda repressiya, onun qurbanları və ya siyasi məhbuslar var. Amma bizdə nə repressiya, nə onun qurbanı, nə də siyasi məhbus var. Leyla Yunus deyir ki, mərkəz öz fəaliyyətində keçmiş SSRİ-nin hüquq müdafiəsi üzrə dissident qurumlarının iş metodlarından istifadə edəcək. SSRİ-də dissidentlər vardı, Azərbaycanda da bir-iki nəfər vardı. Artıq o quruluş dağılıb, yeni bir quruluş yaradılıb, azad məhkəmə sistemi var. Kim istəyir, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər". YAP icra katibinin müavini hesab edir ki, cəmiyyət, mətbuat Leyla Yunusu və onun təşkilatını boykot etməlidir: "Onun hansısa təşkilat yaratmasını, nə iş görməsini geniş yaymağa ehtiyac yoxdur. Leyla Yunusun hərəkətlərinə, etdiklərinə diqqət ayrılmasını istəyir. Ona görə də onun təşkilatı, fəaliyyəti haqda danışılmasa, yazılmasa daha yaxşıdır".
Həmin hadisədən az keçməmiş Leyla Yunusun bütün kartları açıldı. Onun ermənilərə işlədiyi, dövlət maraqlarımızı necə satdığı üzə çıxdı. İndi də onun həbsə atılmasından narahat olan ermənilər bütün güclərini səfərbər edərək, Azərbaycan hakimiyyətinə təzyiqləri artırırlar.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22