Azərbaycanla Qətər arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığa dair saziş imzalanıb
11:48 22-10-2014
CƏMİYYƏT
Azərbaycanla Qətər arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığa dair saziş imzalanıb
Azərbaycanın fövqəladə hallar və daxili işlər nazirləri Qətərdə səfərdədir
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin nümayəndə heyəti Qətərdə səfərdədir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər Qətər Dövlətinin baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə Qətər Dövlətinin əmiri əlahəzrət Şeyx Təmim bin Həməd Əl Taninin himayəsi altında Doha şəhərində keçirilən Qətər Dövlətinin Daxili İşlər Nazirliyinin 10-cu Təhlükəsizlik və Sabitlik Sərgisində ("Milipol Qətər – 2014") iştirak etmək məqsədilə baş tutub.
Səfərin əsas məqsədi nazirliklərin maddi-texniki bazasının müasir avadanlıqlarla təchiz olunması üçün müxtəlif şirkətlərin istehsalı olan yeni texnika və avadanlıqlara baxış keçirmək, həmçinin, sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin müvafiq qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədi ilə bir sıra görüşlər keçirmək və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməkdir.
Səfər zamanı Əl Bəhr sarayında Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Əl Tani Kəmaləddin Heydərov və Ramil Usubovu qəbul edib. Qəbulda "Milipol Qətər – 2014" sərgisinin əhəmiyyəti barədə danışılıb, uyğun nazirliklərin fəaliyyəti barədə geniş məlumat verilib.
Bundan başqa, K. Heydərov Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri cənab Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə görüşüb. Görüşdə iki ölkənin nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Sənədi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin Daxili Təhlükəsizlik Qüvvələrinin rəhbəri Fahad Rəşid Əl Əli imzalayıblar.
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54