Qida terrorçuları iş başında
13:01 08-05-2012
CƏMİYYƏT
Qida terrorçuları iş başında
Onlar yayın gəlişi ilə əlaqədar dondurma bazarında fəallaşmağa başlayıblar
Havalar istilədikcə dondurmaya olan həvəs də artmağa başlayır. Yayın gəlişi ilə əlaqədar olaraq dondurma istehsalçıları həm çeşidlərinə yenilik etmək fikrindədirlər, həm də qiymət məsələsinə dəyişiklik edəcəklərini deyirlər. Amma bütün bunlara baxmayaraq, fırıldaqçılar və işbazlar da boş-bekar dayanmayıblar.
Bildirək ki, hər il olduğu kimi, bu il də dondurma bazarında saxta məhsulların özünə yer tapacağı gözləniləndir. Artıq bununla bağlı ilkin araşdırmalar belə var. Və vəziyyət heç də ürəkaçan deyil. Fırıldaqçılar istehsal etdikləri saxta məhsulları baha qiymətə satmaqla yanaşı, həm də insanların həyatını təhlükə altına qoyurlar.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, dondurmaların tərkibinə "süt" yerinə su, "şəkər" yerinə süni dadlandırıcı, "meyvə" yerinə isə boya qatırlar. Bu azmış kimi, dondurmanın tərkibinə heyvanların dəri və sümüklərindən alınan jelatin vurmaqdan da çəkinmirlər.
Ekspertlər bununla bağlı deyirlər ki, hal hazırda yerli bazarın bir qismini zəbt edən saxta məhsulları tapmaq bir qədər çətindir. Bunun üçün ciddi araşdırmanın lazım olduğunu bildirən mütəxəssislər vurğulayırlar ki, məsələ yayda daha geniş şəkil alacağından indidən hərəkətə keçmək lazımdır. Onlar bildirirlər ki, saxtkarların istehsal etdiyi "dondurma"ların tərkibinə vurulmuş maddələr insan həyatı üçün ciddi təhlükə mənbəyidir və hətta uşaqların ölümünə belə səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, gigyenik şəraitdə hazırlanmayan dondurmalar da insan həyatı üçün təhlükəlidir. Xüsusi ilə açıq şəkildə satılan dondurmaların qadağan edilməsinin zəruriliyini vurğulayırlar. "Bu dondurmaların harada istehsal olunduğu, içində nələrin olduğu bilinmir. Xüsusi ilə uşaqlarda qarın ağrısı və ürəkbulanma ilə müşahidə olunan bağırsaq infeksiyası, zəhərlənmələr baş verə bilər. Markası məlum olmayan dondurmalardan uzaq durulmalıdır".
Ekspertlər deyirlər ki, hal hazırda bazarda satılan ucuz dondurmaların mənşəyi belə bəlli deyil. Onların buzlu dondurma olduğunu qeyd edən mütəxəssislərin fikrincə, bu məhsulların dondurma ilə heç bir əlaqəsi yoxdur. Onlar hesab edirlər ki, istelakçılar təkcə qiymət məsələsinə deyil, həmçinin çəkiyə də xüsusi diqqət yetirməlidirlər. "Bu məhsulların çoxunda qramlıq hiylələr edilir. Yəni, dondurmanın çəkisindən bir neçə qram kəsilir. Elə buna görə də, üzərində göstərilən çəki ilə real çəki arasında fərq yaranır. Üstəlik, bəzi qatqılar vurularaq çəkisi artırılır".
Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ilin bütün fəsillərində əhalini mağaza və ya ticarət köşklərindən məhsul alarkən diqqətli olmağa çağırır. O qeyd edir ki, ölkədə istehlakçı mövqeyinin lazımi səviyyədə müdafiə edilməməsi son nəticədə onların hüquqlarının pozulması ilə nəticələnir: "Təcrübə də göstərir ki, istehsalçılar çox asanlıqla hər hansı tanınmış ticarət nişanını istifadə edirlər. Əhali isə onların adına güvənib bu məhsulları alır və sonda yanıldığını görür. Bu da nəhayət müəyyən xəstəliklərlə nəticələnir. Bu hal yay aylarında daha geniş müşahidə edilir. Əlbəttə ki, burada ilk növbədə əhalinin diqqətli olması vacibdir".
Namiq
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00