Bakıda dünya gənclərinin problemləri müzakirə edilir
Bakı şəhərində Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilir
Forum Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT baş katibinin gənclər üzrə elçisinin ofisi, UNESCO və Avropa Şurası tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.
Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, ilk dəfə olaraq Bakıda Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilir: "Bu forum böyük əhəmiyyət kəsb edir. 1998-ci ildən bəri belə bir forum keçirilməyib. Bu, XXI əsrdə ilk dəfə olaraq keçirilən gənclərin çox vacib tədbiridir".
Nazir deyib ki, forumda 160 ölkədən nümayəndə iştirak edir. Onun sözlərinə görə, forumda qəbul olunacaq qətnamə dünya qlobal gənclər siyasətinə yeni təkan, yeni impuls verəcək və yeni prioritetlər aşkar olunacaq.
A.Rəhimov bildirib ki, Azərbaycan qlobal gənclər siyasətini dəstəkləməyə sadiq qalır: "2015-ci ildə Gənclər üzrə Ümumdünya Fəaliyyət Proqramının 20 illiyini qeyd etməyə yaxınlaşdığımız bir vaxtda əhalisinin 50 faizdən çoxu 29 yaş olan gənc ölkə Azərbaycan qlobal gənclər siyasətini dəstəkləməyə sadiq qalır. Müstəqil ölkə kimi biz gənclərə dair ilk qanunumuzu 2002-ci ildə qəbul etdik və buna gənclər siyasəti sahəsininin inkişafına yönələn 2 hərtərəfli dövlət proqramının qəbulu ilə dəstək verdik".
Nazir vurğulayıb ki, Azərbaycan öz enerji resursları hesabına davamlı inkişafa nail olub: "Amma bu yeganə amil deyil. Siyasi iradə, əzm və təhsil mütəxəssislərinin mövcudluğu zəruri şərtlərdən idi. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev "qara qızıl"ı insan kapitalına çevirməyə" çağırıb.
Forumda BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti təqdim edilib. Baş katib müraciətdə gənclərin dünya siyasətinə verdiyi töhfələrdən danışıb. O, gənclərin siyasətdə daha vacib rol almalı olduğunu, həmçinin gənclərə yeni imkanların yaradılmasının yalnız və yalnız uğur gətirəcəyini söyləyib: "Gənclər siyasəti mənim siyasətimin əsas proritetlərindən biridir. Bu günün gəncləri sabahın liderləridir".
Sonra Forumda panellər üzrə müzakirələr davam etdirilib.
Digər Xəbərlər
2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01

2025-02-27 15:02:00

2025-02-27 14:26:00

2025-02-27 14:14:54
