Eldar İbrahimov dəyişikliklərdən danışdı
08:24 30-10-2014
CƏMİYYƏT
Eldar İbrahimov
dəyişikliklərdən danışdı
Deputat: "Qanuna edilən dəyişikliklər nəticəsində
insanların sağlamlığına təhlükə törədə biləcək halların aşkar edilməsi sahəsində işlər daha da ciddiləşdiriləcək"
"Parlamentin son iclasında "Yeyinti məhsulları haqqında" qanuna edilən dəyişikliklərin əsas məqsədi istifadə müddəti vaxtı keçmiş yeyinti məhsullarının dövriyyədən çıxarılmasıdır".
Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. E.İbrahimov bildirib ki, bu dəyişiklik yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsini daha da gücləndirəcək. Onun sözlərinə görə, həmçinin, insanların həyatı və sağlamlığına təhlükə törədə biləcək halların aşkar edilməsi sahəsində işlər daha da ciddiləşdiriləcək.
«Qanuna edilən dəyişikliklərin məqsədi həm də odur ki, sertifikatların (şəhadətnamələrin) alınmasına görə dövlət rüsumunun ödənilməsi zamanı korrupsiya və digər neqativ halların qarşısının alınması və müasir ödəmə (nağdsız) sistemlərinin tətbiqinin genişləndirlməsidir. Belə ki, qanunun 6-cı maddəsində birinci hissəyə "Yeyinti məhsullarına verilən uyğunluq sertifikatı həmin məhsulun son yararlıq müddətinədək verilir" məzmunda cümlə əlavə edilib. Eyni zamanda, "Sertifikatın (şəhadətnamənin) alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməlidir" məzmunda dördüncü hissə əlavə olunub"- deyə, komitə sədri vurğulayıb.
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02