Müəllimlər İnstitutuna qarşı qərəzli kampaniya
16:43 30-10-2014
CƏMİYYƏT
Müəllimlər İnstitutuna qarşı qərəzli kampaniya
Məkrli oyunun detalları "unikal.org"da
Son illər Azərbaycan təhsilində həyata keçirilən islahatlar ciddi nəticələr verməkdədir. Mikayıl Cabbarovun Təhsil Naziri təyin olunmasından sonra təhsil sektorunda rüşvət və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, kadr islahatları həyata keçirməklə gənc mütəxəssislərin idarəetməyə cəlbi ümidləri daha da artırır. Hələ bir neçə il öncə PA rəhbəri, akademik Ramiz mehdiyev çıxış edərək təhsilin durumundan narazılığını bildirmişdir və bundan sonra əsaslı addımların atılmasının şahidi olduq. Sözsüz ki, bu islahatlar Azərbaycanın nümunəvi təhsil ocaqlarından olan Azərbaycan Müəllimlər İnstitutunda da davamlı şəkildə aparıldı. Və bu islahatlar tək institutun özündə yox rayonlardakı filiallarda, o cümlədən Mingəçevir filialında da reallaşdırlmağa başladı. Amma görünür uzun illər təhsil sektorunda az qala mafioz dəstə kimi formalaşan müəyyən qüvvələr tərəfindən bu islahatlar olduğu kimi qəbul olunmadı. Nəticədə Müəllimlər İnstitutu, təhsil ocağının rektoru Aqiyyə Naxçıvanlı qərəzli şəkildə hədəfə gətirildi və olmazın böhtanlarla üz-üzə qaldı. Bütün bunlara baxmayaraq təhsil ocağının rəhbərliyi başladıqları islahatları uğurla davam etdirdilər və hazırda proses davam edir. İndi isə sizə institutun Mingəçevir filialında həyata keçirilən islahatlar və buna qarşı çıxan qüvvələrin iddiaları ilə bağlı bəzi məqamlara aydınlıq gətirəcəyik və nəzərinizə çatdıracağımız bu fikirlər filialın kollektivinin fikirləri və ya mediyaya açıqlaması kimi qəbul oluna bilər. Qeyd edək ki, Mingəçevir filialında 2013/2014-cü tədris ilinin oktyabr ayında filialın rəhbərliyində aparılan kadr dəyişikliyindən sonra filialda yaranmış işgüzar və sağlam mühit yaradılmışdır. Bunun nəticəsidir ki, 2013/2014-cü tədris ilinin hər iki imtahan sessiyası şəffaf və obyektiv keçirilmiş, kollektiv üzvləri arasında səmimiyyət bərpa olunmuş, ən əsası isə tələbələr çəkdikləri zəhmətin bəhrəsini görmüş, imtahanların nəticələrindən razı qalmış və oxumağın şirinliyini hiss etmişlər. Bütün bunlar keçmiş rəhbərliyin "fəaliyyəti" nəticəsində filialın irtirilmiş nüfuzunun bərpasına, ümumilikdə respublikamızda təhsilin səviyyəsinin yüksəlməsinə müəyyən qədər kömək etmişdir. Çox təəssüf ki, Xatirə Həsənovaya filiala müvəqqəti rəhbərlik həvalə edildiyi müddət ərzində, təhsil əvəzinə xoşagəlməyən çirkin əməllərlə məşğul olmuş, filialı öz şəxsi mülkiyyəti hesab etmişdir. Xatirə Həsənova bütün bu nailiyyətləri qısqanclıqla qəbul edir, müəllim nüfuzuna, heç bir etik normalara sığmayan hərəkətlərlə məşğul olaraq, kollektivdə formalaşan müsbət ab-havanı, səmimiyyəti pozmağa çalışımışdır. Uydurma, yalan və böhtanlarla nüfuzsuz internet səhifələrində özünün və digərlərinin adından sifarişli yazılar dərc etdirir. Hesab edirik ki, filialımızla bağlı yaranan əsassız söz-söhbətlər də bilavasitə onun əməllərinin nəticəsidir. O, yeni tədris ilinin ilk günündən yuxarıda qeyd olunan çirkin əməllərini yenə də davam etdirmişdir. Bütün bunlar isə filialın işgüzar fəaliyyətinə kəskin mane olmuş, əməkdaşlar və tələbələr arasında gərgin psixoloji mühit yaratmışdır. X.Həsənovanın www.youtube.com internet saytında göstərdiyi çıxışını "timsahın göz yaşları" adlandırmaq olar. Əvvəla, onu qeyd edək ki, X.Həsənovanın həmin çıxışda iddia etdiyi maliyyə sahəsində olan məsələlərlə bağlı onun anası C.Həsənova Maliyyə Nazirliyinə müraciət etmiş və Maliyyə Nazirliyinin əməkdaşı bir aya yaxın müddətdə filialda araşdırma aparmışdır. Araşdırmanın nəticəsi hələlik bəlli deyildir. X.Həsənovanın bəri başdan belə bir ajiotaj yaratmasına heç bir lüzum yox idi.
İkincisi, Əlavə təhsil üzrə direktor müavini olan X.Həsənova 2013/2014-cü tədris ilində 165 təqvim günü, o cümlədən 114 iş günü müddətində bülletendə olmuşdur. Özünün dediyi kimi, Əlavə təhsil kimi vacib bir sektora rəhbərlik edən bir şəxsin işə bu qədər səhlənkar yanaşması onun işə olan biganə münasibətindən xəbər verir. 0,5 ştat vahidi üzrə müəllim kimi X.Həsənova həmin tədris ilində 276 saat əvəzinə cəmi 12 saat dərs keçmişdir. Onun da bəzilərini yarımçıq qoyub gedib və ya başqasına əvəz etdirib. Onu da qeyd edək ki, Mingəçevir şəhər Səhiyyə Şöbəsindən xəstəlik bülleteninə çıxa bilməyən X.Həsənova Bakı şəhərində "xəstələnmişdi".
Üçüncüsü, 2014-cü ilin yanvar ayında əlavə təhsillə bağlı baza institutun əməkdaşları tərəfindən keçirilən monitorinqin nəticələri ilə tanış olmaq üçün Azərbaycan Müəllimlər İnstitutuna dəfələrlə dəvət edilsə də, hər dəfə xəstəlik bülleteninə çıxmaq bəhanəsi ilə ora getməkdən imtina etmişdir.
Dördüncüsü, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının əməkdaşları artıq ağı qaradan seçməyi bacarır. Kollektivin 132 nəfər deyil (X.Həsənovanın dediyi kimi), heç 12 nəfər üzvü də onun haqqında müsbət bir sənədə qol çəkməz.
Beşincisi, kollektiv X.Həsənovanın direktor əvəzi işlədiyi müddətdə təmir adına 300.000 manatın hara xərclənməsi haqqında hesabat verməsini də istəyir.
Altıncısı, X.Həsənova çıxışında "mənim işçilərim", "mənim otağım", "mənim rəhbərliyim" və s. "mənim " ifadəsini işlətməklə sanki həmin vəzifəni və işçiləri özəlləşdirmişdir.
Yeddincisi, X.Həsənova öz çıxışında bir sıra kollektiv üzvlərinin adını çəkməklə özünün bəzi planlarından xəbər vermişdir. Belə ki, həmin adamların adlarını çəkməklə onları öz adamı kimi təqdim etməyə çalışan X.Həsənova "saman çöpündən yapışan adama" bənzəyir.
Səkkizinci, AMİ-nin rektoru A.Naxçıvanlıya qarşı X.Həsənovanın bacısının mülk iddiasına cavab olaraq, X.Həsənovanın (direktor əvəzi işləyəndə) 2013-cü ildə Moderator.az saytına verdiyi müsahibədən bir hissəni olduğu kimi təqdim edirik.
Jurnalist: -Sizin barənizdə səslənən ittihamlardan biri də Aqiyə Naxçıvanlıya 4 otaqlı mənzil və 200 min manat rüşvət verməyiniz barədə olub. Bu doğrudurmu?
X.H.- Tam səmimi deyirəm, mənim bu qədər pulum olsaydı, xəstə uşağımı İranda deyil, Avropa ölkələrinin birində əməliyyat etdirərdim. Bunlar uydurmadır. Qəsdən yayılan söhbətlərdir. Mən inanmıram ki, kiminsə Aqiyə xanıma rüşvət təklif etmək cəsarəti olsun (sitatın sonu). Hansı müsahibənin səmimi olduğunu X.Həsənovadan başqa heç kim bilmir.
Doqquzuncu, X.Həsənova öz müraciətində dövlət ittihamçısı kimi çıxış edir. Direktor əvəzi işlədiyi dövrdə filialın arxivindən sənədləri götürmüş və geri qaytarmamışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq həmin sənədləri bir il üç ay müddətində özündə saxladıqdan sonra filiala qaytarmışdır. Götürdüyü sənədlərin bir hissəsini isə təhvil verməmişdir. Cinayət, korrupsiya, saxtakarlıq və s. hallardan danışan X.Həsənovanın bu hərəkətlərinə nə ad vermək olar?
Hesab edirik ki, X.Həsənovanın vəzifədən azad edilməsi bir xeyli geçikmiş tədbirdir. Belələrinin təhsil müəssisəsində rəhbər vəzifədə işləməsi, ora ayaq basması həmin təhsil ocağı üçün ən böyük qəbahətdir.
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02