Dini Komitə sədrindən xəbərdarlıq
09:50 01-11-2014
CƏMİYYƏT
Dini Komitə sədrindən xəbərdarlıq
Mübariz Qurbanlı: "Gənclərimizi Suriyaya, İŞİD-ə və başqa yerlərə göndərənlərin maliyyə mənbəyi dərhal məhv ediləcək"
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeydiyyata alınmayan və "İlahiyyat" və "Əbu Bəkr" məscidlərinə məxsus icmalar haqqında danışaraq deyib ki, hələ ki, onlardan heç bir icma qeydiyyat üçün bizə müraciət eləməyib.
Məscidlərin idarəçiliyi əslində bu gün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirilir. Biz yalnız icmaları qeydiyyatdan keçiririk. Bu gün Azərbaycanda 2050 məscid var. Məscidlərin də mütləq əksəriyyəti tikinti olaraq bələdiyyələrin balansındadır. Bir qisim məscidlər var ki, onlar tarixi abidə kimi Mədəniyyət Nazirliyinin nəzdində, bəziləri qoruq ərazilərinə düşdüyü üçün həmin qoruğun aid olduğu idarənin nəzdindədir:" "İlahiyyat" məscidi məscid olaraq fəaliyyət göstərir və ora QMİ tərəfindən qanuni imam təyin olunub. Orada qanunsuz fəaliyyət ondan ibarətdir ki, icma qeydiyyata alınmayıb. Bizim tövsiyəmiz orada ayrıca icmanın qeydiyyatdan keçməsi ilə bağlıdır. Bu proses də hazırda gedir. Sadəcə, "İlahiyyat" məscidi ilə bağlı belə bir problem var ki, o, yataqxanaların əhatəsindədir və bu məscidin tutumundan artıq buraya başqa yerlərdən gələnlər var. Biz onlara dəfələrlə demişik ki, şəhərin başqa səmtlərindən buraya axışaraq süni sıxlıq yaradırlar. Bunu etməsinlər. Biz onu da dəqiqləşdirmişik ki, bu məscidə gələrək süni sıxlıq yaradanlar radikal dini qrupların nümayəndələridir. Əlbəttə, bu yerlərə gələnlərin hamısını radikal adlandıracaq düşüncədə deyilik. Amma bizim monitorinqin nəticələri göstərir ki, buraya süni şəkildə başqa yerlərdən adamlar bayram və cümə namazları vaxtı gələrək nəsə göstərmək, eləmək istəyirlər. Onlar radikal qrup olaraq bir növ mesaj vermək istəyirlər. Biz monitorinqi bütün məscidlərdə aparırıq. Görünən də o olur ki, bu radikal qruplar, məsələn, bu gün "İlahiyyat" məscidinə toplaşıb mesajlarını verirlər, sabah başqa bir məscidə toplaşırlar. Deməli, bunları kimlərsə hansısa mərkəzdən nizamlayır. "İlahiyyat"da da bu problem var. Dəfələrlə orada yaşayan sakinlər də müraciət edib, tutumdan kənar gələn adamlarla bağlı narazılıqlarını bildiriblər. Ona görə də bu məscidlə bağlı fikrimiz odur ki, o ətrafda yaşayan insanların vəziyyətini, orada yaranan avtomobil tıxacını nəzərə almalıyıq və süni sıxlıq yaratmaq istəyənlərə tövsiyə edirik ki, öz yaşadıqları ərazilərdəki məscidlərdə də ibadətlərini edə bilərlər, nəinki şəhərin o başından bu başına gələrək sıxlıq yaradırlar.
"Əbu Bəkr" məscidinə gəldikdə, orada bu dediyim hallar o vaxt özünü büruzə verib. Həmin qruplar ki, bu gün "İlahiyyat" məscidi ətrafında sıxlıq yaradırlar, eyni taktikanı vaxtilə "Əbu Bəkr" məscidində həyata keçiriblər. Nəticədə hətta orada xoşagəlməz məlum fitnəkarlığa da yol verildi. Ona görə də bu məscidlə bağlı fikrimiz ondan ibarətdir ki, əvvəlcə o məscid ətrafında təhlükəsizlik məsələləri tam həllini tapmalıdır və bu istiqamətdə də işlər gedir. Oradakı dini icmanın qeydiyyatı ilə bağlı bizə onlardan hələ rəsmi müraciət daxil olmayıb. Şəxsən mənim rəhbərliyim dövründə müraciət olmayıb. Əvvəllər olub-olmaması ilə də bağlı araşdırmaq lazımdır".
Oqtay Əsədov Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Litvanın Azərbaycanda yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.
MM-dən verilən məlumata görə, O. Əsədov görüşdə bildirib ki, V. Lastauskas Azərbaycan-Litva əlaqələrinin daha da möhkəmlənməsi üçün səfir kimi öz qüvvə və bacarığını əsirgəməyəcək. O qeyd edib ki, müstəqil Azərbaycan Litva ilə əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır: "Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb".
Sədr hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib.
V. Lastauskas Azərbaycanda diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. O bildirib ki, parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı iqtisadi əməkdaşlığın gücləndirilməsi günün tələbidir.
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41