Rüfət Aslanlının komitəsində nə baş verir?
11:36 09-05-2012
İQTİSADİYYAT
Rüfət Aslanlının komitəsində nə baş verir?
Azərbaycanın birjadankənar bazarında nəzarət olunan xaos hökm sürür
Azərbaycanda birjadankənar qiymətli kağızlar bazarında aktiv proseslər səngimir. Lakin bu ilin martından investorlar bu əqdlərin mövzusu olan aksiyalar barədə ətraflı məlumat ala bilmirlər. Bu barədə "Unikal"a məlumatlı mənbələrdən bilgi daxil olub.
Digər informasiya resurslarının məlumatlarına görə isə, yalnız bu ilin aprelində birjadankənar bazarda səhmlərin alqı-satqısına dair 104 əqd bağlanıb. Bu əqdlərin ümumi dəyəri nominal üzrə 2,9 mln. manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, həmin dövrdə Bakı Fond Birjasında (BFB) ümumi məbləği 400 min manata yaxın səhmlərin təkrar dövriyyəsi üzrə əqd bağlanıb. BFB-nin gündəlik bülletenlərində bu əqdlər barədə informasiya verilir. Başqa sözlə desək, investorlar əsas fond əqdlərinin həyata keçirildiyi birjadankənar əməliyyatlar haqda məlumat almaq imkanlarından məhrumdur.
Azərbaycanda qiymətli kağızlar üzrə birjadankənar əqdlər haqda məlumat ilk dəfə 2012-ci ilin yanvarında açıqlanıb. Rüfət Aslanlının rəhbərlik etdiyi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (DQDK) bununla əlaqədar xüsusi qaydalar qəbul edib. Həmin qaydalara əsasən depozitari birjadankənar əməliyyatlar haqda məlumatı BFB-yə təqdim edir və o da öz növbəsində bir gün ərzində onu öz saytında QKDK-nın müəyyən etdiyi qaydada yerləşdirir. Lakin bu il martın 3-dən BFB gözlənilmədən bu məlumatların açıqlanmasını dayandırıb.
Birjanın İdarə Heyətində bunun səbəblərini açıqlamaqdan imtina edirlər. Bu isə əlbəttə ki, olduqca maraqlı məqamdır və hansısa şübhələrin yaranmasına rəvac verir.
Eyni zamanda o da maraqlıdır ki, baş verənlərlə bağlı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə analoji məzmunlu müraciətlər də cavabsız qalır. Belə ki, Rüfət Aslanlının rəhbərlik etdiyi qurumda da baş verənləri şərh etməkdən imtina edirlər. Yenə də istər-istəməz sual yaranır: görəsən, niyə?
Qeyd edək ki, bu il martın sonlarında Beynəlxalq Fond Birjası hazırda həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus üç səhmdar cəmiyyətinin nəzarət səhm paketlərinin alqı-satqısına dair birjadankənar əqdlər haqda məlumatı açıqlayıb. F.Əliyevin həbsindən sonra onun müvəkkil adamlarını 10-dan çox ASC-nin səhmini başqa şəxslərin adlarına sənədləşdirməyə məcbur ediblər. Əldə edilən məlumatlara görə, bu əqdlər də formal xarakter daşıyıb.
Göründüyü kimi, qiymətli kağızlar bazarında da şəffaflığın təmin edilməsi istiqamətində ciddi problemlər var və son baş verənlərin fonunda bu, kifayət qədər aydın görünür. Şəffaflığın olmadığı bir şəraitdə isə istənilən qurumun fəaliyyətində qanunlardan kənara çıxma hallarının olduğunu söyləmək xeyli asanlaşır.
Könül Ağamalı
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07