Elton Məmmədov Rüstəm İbrahimbəyova cavab verdi
11:50 09-05-2012
CƏMİYYƏT
Elton Məmmədov Rüstəm İbrahimbəyova cavab verdi
"Görünür hansısa məqamda maraqları təmin olunmadığına görə, əqidəsinə dönük çıxır"
"Kiminsə şəxsi maraqları təmin olunmursa və buna görə, hakimiyyəti tənqid edirsə, bunun bir adı var - dönük çıxmaq". Qaynar.info-ya açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov kinodramaturq Rüstəm İbrahimbəyovun fikirlərini şərh edərkən belə deyib.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov mətbuata müsahibəsində iqtidarın ünvanına kəskin ittihamlar səsləndirərək, Azərbaycanda hakimiyyətə qarşı mübarizənin başlanmasının labüdlüyünü bildirib. Bir neçə il öncə hakimiyyəti dəstəklədiyini, İlham Əliyevə alternativ olmadığını bildirməsi hazırkı mövqeyi ilə ziddiyyət təşkil etdiyindən, Rüstəm İbrahimbəyovun bu məsələdə səmimiliyinə müəyyən şübhələr yaranır.
Millət vəkili Elton Məmmədovun qənaətinə görə, kimsə şəxsi maraqlarının təmin olunmadığını əsas götürüb, hakimiyyətin əleyhinə çıxırsa, bunun mənəvi dəyərlərlə heç bir əlaqəsi yoxdur: "Əlbəttə, Rüstəm İbrahimbəyov vaxtilə hakimiyyətin alovlu müdafiəçilərindən biri olub. Görünür hansısa məqamda maraqları təmin olunmadığına görə, əqidəsinə dönük çıxır. Bu cür hərəkətlər isə yalnız nifrətə layiqdir. Azərbaycanda olan uğurlu inkişafın fonunda vəzifəsindən, statusundan, mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının borcudur ki, dövlətçiliyi dəstəkləsin. Şəxsən mən özünü ziyalı adlandıran bir şəxsin bu cür ziyanlı açıqlamalar verməsinə təəssüf edirəm. Rüstəm İbrahimbəyov və digərləri bilməlidir ki, onların Azərbaycan dövlətinin əleyhinə yönəlmiş fəaliyyəti heç bir nəticə verməyəcək".
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49