9 MAY: Qələbə Günü
Prezident İlham Əliyev Böyük Vətən
müharibəsi iştirakçılarına qayğısını əsirgəmir
Azərbaycanda 1941-45-ci illər müharibəsi qurbanlarının xatirəsi daim əziz tutulur, dövlətin müharibə veteranlarına diqqət və qayğısı yüksək səviyyədədir.
İkinci Cahan savaşının od, alov püskürən cəbhələrində ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara, müharibə veteranlarına Azərbaycanda böyük sayğı var. Veteranlara ikinci həyatı isə öz diqqət və qayğısı ilə ulu öndər Heydər Əliyev bəxş etdi. Müstəqilliyin ilk illərində veteranlara ədalətsiz münasibət heç kimin yadından çıxmayıb, AXC-Müsavat iqtidarı dövründə hətta 9 May bayramını da ləğv etmək fikrində idilər. Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə 2-ci qayıdışından sonra bu insafsızlığı da aradan götürüldü, ədalət bərpa olundu, veteranlara layiq olduqları hörmət göstərilməyə başladı. "Tarix bu gün də bilməlidir ki, ikinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur" deyən Heydər Əliyev müharibə veteranlarını "xalqımızın qızıl fondu" adlandırırdı.
Ümummilli liderin veteranlara böyük sevgi və qayğısını Prezident İlham Əliyev qədirbilənliklə davam etdirir, Dövlət başçısı 2003-cü ildən başlayaraq hər il müharibə veteranları ilə bağlı yeni qərarlar qəbul edir. Qələbənin 60 illiyi ərəfəsində Prezident İlham Əliyev "1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında" 1 may 2005-ci il tarixli fərmanı ilə bu insanların şücaətini bir daha qiymətləndirdi....
Tarixi Qələbənin 65 illiyi münasibətilə isə Milli Proqram hazırlandı, müxtəlif tədbirlər həyata keçirildi. Dövlət başçısının 2010-cu il 2 mart tarixli sərəncamına əsasən, müharibə iştirakçıları və arxa cəbhədə əmək fəaliyyəti ilə məşğul olmuş şəxslər "1941-45-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı ilə təltif olundu. Prezidentin 22 aprel 2010-cu il tarixli sərəncamı ilə Böyük Vətən müharibəsi iştirakçılarının hər birinə 500 manat, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul qadınlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 200 manat məbləğində birdəfəlik maddi yardım verildi. Dövlət başçısı Qələbənin 66-cı ildönümü ərəfəsində də veteranlara daha bir qayğısı ilə diqqət çəkdi. Prezidentin sərəncamı ilə müharibə iştirakçılarına 500, digər kateqoriyalardan olan iştirakçılara, o cümlədən Leninqradın müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım verildi.
Bu il də həmçinin eyni sərəncamlar imzalandı və hər bir veterana 500 manat birdəfəlik yardım verildi.
Beləliklə, 1941-1945-ci illər müharibəsi iştirakçılarına dövlət tərəfindən verilən birdəfəlik maddi yardımların ən yüksək məbləği bizim ölkəmizdə qeydə alınıb. Bundan başqa, hər il müharibə veteranlarına yeni mənzillər, maşınlar təqdim olunur...
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva da müharibə veteranlarından şəfqət və mərhəmətini əsirgəmir, onların sağlamlığını, problemlərini daim diqqətdə saxlayır. Heydər Əliyev Fondunda veteranlarla keçirilən görüşlər isə qəhrəman və həm də bu kövrək qəlbli insanlar üçün unudulmaz tarixə çevrildi. 1945-ci ildə bəşəriyyətin faşizm üzərində Qələbəsi ədalətin, Xeyir qüvvələrin Şərin üzərində qələbəsi idi. "Hər bir insan silaha sarılaraq öz ölkəsini müdafiə etmiş, dünyada və Avropada azadlığı qorumuş adamlara dərin ehtiramını bildirməlidir..." fikri Prezident İlham Əliyevə məxsusdur. Bu, təkcə veteranlara, onların problemlərinə diqqət deyil, həm də sabah Qarabağdan Qələbə xəbərini gətirəcək igidlərə mesajdır. İkinci cahan savaşında qəhrəmanlıq göstərənlərin nümunəsi və bir də dövlətin onlara qayğısı sabahkı qələbəni təmin edəcək amillərdəndir.
Bildirək ki, bu gün Böyük Vətən Müharibəsi veteranlarının sayı 9 min nəfərdir. Bunlardan əlavə, vətən uğrunda həlak olanların ailə üzvləri və əlil olanların sayı isə 3869 nəfərdir. Arxa cəbhə veteranlarının sayı 18421 nəfərdir. Döyüşlərdə həlak olmuş hərbçilərin başsız qalmış ailələrinin sayı 14452-dir.
İlkin Rzazadə
Digər Xəbərlər
2025-03-04 00:03:51

2025-03-03 21:27:16

2025-03-03 20:47:58

2025-03-03 20:21:38

2025-03-03 19:35:19

2025-03-03 19:31:55

2025-03-03 18:52:30

2025-03-03 18:38:58

2025-03-03 18:26:32

2025-03-03 18:16:00

2025-03-03 18:10:41

2025-03-03 18:08:27

2025-03-03 17:53:52

2025-03-03 17:50:31

2025-03-03 17:34:09

2025-03-03 17:30:38

2025-03-03 17:21:00

2025-03-03 16:42:00
.jpg)