"Vəsiyyət etmişəm ki, dünyamı dəyişəndə mənim ehsanımda kabab, düşbərə versinlər"
Əməkdar artist Zöhrə Abdullayeva özü ilə bağlı maraqlı etiraf edib
"Hər şey daxil" verilişinə qonaq olan müğənni plastik əməliyyat etdirdiyini deyib:
"İki dəfə plastik əməliyyata müraciət etmişəm. Bunu gizlətmirəm. Bəziləri beş dəfə etdirir, deyir ki, heç vaxt əməliyyat olunmamışam. Bir dəfə liposaksiya etdirdim, piylərimi çıxartdırdım. Əməliyyatdan sonra mütləq yeməyə fikir verilməlidir. Çünki çox yeyirsən, piy vurub başqa yerdən çıxır. Mən düşbərə, qutab, kabab yeməsəm, yaşaya bilmərəm. Vəsiyyət etmişəm ki, dünyamı dəyişəndə mənim ehsanımda kabab, düşbərə versinlər".
Bu gün ad gününü qeyd edən Z.Abdullayeva yaşının artmasına görə pis olduğunu bildirib:
"İnsan 40-ı keçəndən sonra dünyasını dəyişənlərə daha çox yaxınlaşır. Ad günümdə qanım qara olur, kövrəlirəm. Sevənlərimdən, ailəmdən təbriklər almışam. İlk təbrik edən isə nəvəm Yusif oldu. Saat 12-ni keçən kimi məni təbrik etdi".
Digər Xəbərlər
2025-03-01 17:19:30

2025-03-01 15:22:00
.webp)
2025-03-01 14:26:00

2025-03-01 13:35:00

2025-02-28 14:20:01

2025-02-28 11:51:04

2025-02-28 11:08:00

2025-02-27 23:04:46

2025-02-27 21:49:58

2025-02-27 21:14:14

2025-02-27 16:06:00

2025-02-27 12:59:39

2025-02-26 22:20:11

2025-02-26 22:07:34

2025-02-26 20:51:55

2025-02-26 16:02:05

2025-02-26 14:30:58

2025-02-25 23:34:48

2025-02-25 23:07:39

2025-02-25 22:31:29
