Füzuli Ələkbərov müavinini "ofsayda" saldı
12:50 15-05-2012
CƏMİYYƏT
Füzuli Ələkbərov müavinini "ofsayda" saldı
İlqar Rəhimov nazirlikdəki əvvəlki gücünü itirib
Qəzetimizin yaxın saylarından birində yazmışdıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daxili intriqa yaranıb. Buna səbəb isə nazirlikdə son bir il ərzində çeşidli həbslərin həyata keçirilməsidir.Xatırladaq ki, son bir ildə elə bir ay yoxdur ki, adıçəkilən nazirliyin tabeçiliyindəki Tibbi Sosial Eekspertiza Komissiyalarının (TSEK - el dilində "VTEK) vəzifəli şəxslərinin rüşvət və korrupsiya faktlarına görə saxlanıldığı xəbəri yayılmasın.
Məlum həbslərlə bağlı isə hakimiyyət daxilində Füzuli Ələkbərova qarşı qıcıq formalaşmaqdadır. Hesab edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarında rüşvət və korrupsiyanın bu qədər dərin kök atması və zaman-zaman özünü açıq təzahür etməsi məhz nazirin yanlış idarəetmə tərzinin, ən əsası da qeyri-obyektiv kadr seçimlərinin məntiqi sonluğudur.Amma Füzuli Ələkbərov bu fikirlə razı deyil; elə onu öz müavini İlqar Rəhimovla üz-üzə qoyan da məhz budur. İddialara görə, hazırda barəsində cinayət işi açılmış, yaxud məhkəmə qərarı ilə həbsə məhkum edilən əksər "VTEK" rəisləri vaxtilə bu posta məhz Rəhimovun təqdimatı ilə təyin ediliblər. Daha doğrusu, Füzuli Ələkbərov belə bir görüntü yaradır və yuxarı dairələri də inandırmağa çalışır ki, rüşvət və korrupsiya ittiihamları ilə qandallanan TSEK rəhbərlərini o, İlqar Rəhimovun müsbət təqdimatı, "bacarıqlı və təmiz kadrlar" olaraq ona təqdim etməsi sonucunda həmin görəvlərə təyin olunmalarına razılıq verib.
Bu vəziyyət isə nazirlə müavini arasında soyuqluğun yaranmasına gətirib çıxarıb. Artıq Füzuli Ələkbərovun İlqar Rəhimovu xeyli zəiflətdiyi, pul, vəzifə təyinatı ilə bağlı məsələlərdə nazir müavininin sahib olduğu qeyri-rəsmii səlahiyyətləri ondan aldığı barədə redaksiyamıza yeni bilgilər daxil olub. Hətta Ələkbərovun növbəti mərhələdə müavinini tamamilə görəvdən alacağı istisna edilmir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49