Əvəz Zeynallının məhkəməsi başlayıb
13:51 15-05-2012
CƏMİYYƏT
Əvəz Zeynallının məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsindəki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Ə. Zeynallının vəkili Elçin Sadıqov vəsatətlə çıxış edərək, müdafiə etdiyi şəxs həbs olunan zaman yayılmış ilkin açıqlamada Ə. Zeynallının təqsirləndirilən şəxs və cinayətkar kimi qələmə verildiyini bildirib.
Vəkil həmin bəyanatın cəmiyyətdə Ə. Zeynallı barəsində mənfi fikir formalaşdırdığını əsas gətirərək, bəyanatı hazırlayan şəxslərin barəsində məhkəmənin qərar çıxarmasını xahiş edib.
Ə. Zeynallı da vəsatəti müdafiə etdiyini deyib.
Dövlət ittihamçısı Vüsal Orucov isə vəsatətə münasibət bildirərək, həmin vəsatətin təmin olunmamasını istəyib. Müşavirədən sonra hakim vəsatətin təmin olunmadığını deyib.
Daha sonra E. Sadıqov Bakı İstintaq Təcridxanası tərəfindən müdafiə etdiyi şəxsə görüşmək imkanın yaradılmadığını əsas gətirərək, təcridxana rəisi Elxan Sadıqovun barəsində məhkəmənin qərar çıxarmasını xahiş edib.
E. Sadıqov, həmçinin Ə. Zeynallı barəsində olan cinayət işinə xitam verilməsi, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlər verib.
Prokuror vəsatətlərə münasibət bildirmək üçün vaxt istəyib.
Hakim hazırlıq iclasının mayın 18-də davam etdiriləcəyini qeyd edib.
Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06