İsa Qəmbər radikalların prezidentliyə namizədi olmaq istəyir
10:23 10-01-2015
İQTİSADİYYAT
İsa Qəmbər radikalların prezidentliyə namizədi olmaq istəyir
Müsavat Partiyasının keçmiş başqanının müəyyən dairələrlə anlaşdığı bildirilir
Ard-arda uğursuzluq sindromuna düçar olan radikal müxalifət indi də utopik xəyallarla yaşamağa başlayıb. Belə ki, uzun müddət məğlubiyyəti dadan radikallar artıq namizəd olmaq imkanlarını əldə etmək üçün hər şeyə razıdırlar.
"Unikal"ın məlumatına görə, radikal müxalifət liderləri seçkidə qalib gələ bilməyəcəklərini anladıqları üçün rəsmən prezidentliyə namizəd olmaq üçün anlaşmaya belə getməyə hazırdırlar. Artıq Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər 2018-ci ildə prezidentliyə namizəd olmaq üçün danışıqlara başlayıb. Onun qeydiyyatdan keçmək üçün 40 min imza toplaya bilməyəcəyi bəllidir. Ona görə də indidən anlaşmaya gedir ki, heç olmasa, rəsmən prezidentliyə namizəd olsun.
Onu da nəzərə çatdıraq ki, 2014-cü il iyunun 13-də Müsavat Partiyasının təşəbbüsü ilə Milli Strateji Düşüncə Mərkəzi (MSDM ) yaradılsa da, fəaliyyəti o qədər nəzərə çarpmır. Amma Müsavat rəhbərliyi bu iddiaları qəbul eləmir, ya da yaxasını kənara çəkir.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanı belə deyib: "Bu, ayrıca müstəqil qurumdur. Mərkəzin Müsavat Partiyası ilə bağlılığı onun sədrinin keçmiş başqanımız İsa Qəmbərin olmasıdır. 2018-ci ildə keçiriləcək prezident seçkilərində partiyanın namizədi olacaq İsa Qəmbəri həmin mərkəz də müdafiə edəcək". Onun sözlərinə görə, MSDM-nin hazırda partiya ilə heç bir bağlılığı və fəaliyyətinə təsiri yoxdur: "Mərkəz öz fəaliyyəti ilə bağlı Müsavat Partiyası ilə məsləhətləşmir. O qurumun həftədə bir dəfə yığıncağı keçirilir. Müxtəlif mövzuda müzakirələr aparılır. Yəni, fəaliyyətləri səngiməyib, ictimaiyyətə mərkəzin həyata keçirdiyi işlərlə bağlı məlumatlar da verirlər".
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib ki, İsa Qəmbərin nəinki prezident, heç bələdiyyə üzvü seçilmək üçün imkanı yoxdur. Onun sözlərinə görə, İsa Qəmbər və onun partiyası o qədər gözdən düşüb ki, heç kim onlara dəstək verməz: "Əslində Müsavat Partiyasının sonuncu qurultayında qərar qəbul edildi ki, keçmiş başqan İsa Qəmbər 2018-ci il də prezidentliyə namizəd olacaq. Belə bir qərarın verilməsi ancaq yeni seçilmiş başqan Arıf Hacılıya hörmətsizlikdən başqa bir şey deyil. Bəs onda Arif Hacılı kimdir və onun partiyanın fəaliyyətində rolu nə olacaq? Bütün bunlar onu deməyə əsas verir ki, İsa Qəmbər bu cür taktiki gedişlərlə özünün "əhəmiyyətli siyasətçi" imicini göstərmək istəyir və o, siyasətdə hələ tükənmədiyini nümayiş etdirməyi düşünür. 22 ildir heç bir uğur qazana bilməyən İsa Qəmbər bundan sonra ne edəcək?.Adi qurultayı keçirdə bilməyən isa Qəmbər hansı üzlə hələ də prezidentliyə nazmizəd olmaq iddiasına düşür? Qubad İbadoğlu və onun tərəfdarları qurultayın nəticələrini şübhə altına alır və demək olar ki, qurultaydan sonra xeyli adam partıyanı tərk ediblər və bu proses davam etməkdədir".
Niyaməddin Orduxanlı onu da nəzərə çatdırıb ki, 2018-ci ildə İsa Qəmbərin namizəd olması radikal müxalifətə heç bir uğur gətirməyəcək, necə ki, indiyə qədər uğur olmayıb. "Radikal müxalifətində nə qədər ki, Əli Kərimli ilə İsa Qəmbər var, onla heç vaxt vahid namizəd məsələsini həll edə bilməyəcəklər. Bu adamlar 22 ildir bir-birinə patoloji nifrət edirlər. Belə bir adamlar bir-birinə neçə güzəşt etsin? Ancaq onu deyə bilərəm ki, hələ bu düşmənçilik bu adamlarda 1992-93 illərdə hakmiyyətdə olduğu zamandan başlayıb. Özlərini post Elçibəy zamanında görmək istəyi bu düşmənçiliyin əsasını qoyub. Özlərini olmayan gəlcəyə hazırlamaqdan başqa bir şey deyil" - deyə BAXCP yetkilisi fikirlərini tamamlayıb.
Qərib Grayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53