Ermənistan yenə Azərbaycandan istifadə etməyə çalışır
14:06 17-01-2015
İQTİSADİYYAT
Ermənistan yenə Azərbaycandan istifadə etməyə çalışır
Rusiya-Ermənistan gərginliyi pik həddə
Rusiya-Ermənistan münasibətləri daha da dərinləşəcək. Görünür bu səbəbdən artıq bir sıra erməni rəsmiləri xalqa müraciətlər edir və yenə Azərbaycan faktorundan istifadə etməyə çalışırlar. Rəsmilər iddia edir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsi Azərbaycanın xeyrinədir və buna görə məsələyə həssas yanaşmaq lazımdır.
Amma deyəsən bu dəfə rəsmi Yerevanın yaratmaq istədiyi süni vətənpərvərlik baş tutmayacaq. Və belə halın yaranmasının bir sıra ciddi səbəbləri var. Bu səbəblərə toxunmadan öncə gəlin erməni ombudsmanın dediklərinə diqqət ayıraq."Ermənistanda hər hansi bir anti-Rusiya isterika yersizdir".Bunu Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan deyib.
Onun sözlərinə görə, mövcud problemi geosiyasi səviyyə qaldıraraq Ermənistan və Rusiya münasibətlərinə zərbə vurmaq lazım deyil: "Bu, kiminsə bu faciəni planlaşdırdığı, bizim emosiyalarla tanış olması anlamına gəlir. Mən kimin və onun nə etdiyini bilmirəm. Lakin bu cinayətin Azərbaycan və Türkiyənin maraqlarına uyğun gəldiyi gün kimi aydındır".
Alaverdyan həmçinin Premyakovun cinayəti təkbaşına törətməsinə inanmadığını da bildirib. Çünki heç kim onu hadisə baş verdiyi yerdə görməyib və hadisə ilə bağlı həqiqət cəmiyyətdən gizlədilir: "Bizim hakimiyyət hadisə ilə bağlı ləng tədbirlər gördü. Gümrüdə polisin davranışı bağışlanmazdır".
Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.
Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.
Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb. İndi isə gəlin erməni toplumunun rəsmi Yerevanın süni vətənpərvərlik oyunundan imtina etmələrinin səbəblərinə baxaq. Bir müddət öncə Dağlıq Qarabağda atəşkəsi total şəkildə pozan Ermənistan ordusu ağır itkilər verdilər və bir helikopter Azərbaycan ordusu tərəfindən vuruldu. Hər dəfə Dağlıq Qarabağda erməni əsgərlərinin ölümündən sonra rəsmi Yerevan az qala onları milli qəhraman kimi təqdim edirdi və bununlada kütləni nəzarətdə saxlayırdı. Amma son olaylardan sonra erməni toplumu ayağa qalxdı və övladlarının Dağlıq Qarabağa göndərilməsinə etiraz etdilər. Bu isə sübut edirdi ki, artıq erməni toplusu rəsmi yerevana inanmır. Bu inamsızlıq indi də müşahidə olunmaqdadır. Hətta Azərbaycanın mövcudluğundan istifadə cəhdləri də özünü doğrultmur və Rusiyaya nifrət hər an artır. Artıq erməni toplusu anlayır ki, bu illər ərzində Rusiya Ermənistana nə qədər dəstək veribsə, bir o qədərdə Ermənistanı işğal edib. Hazırda Ermənistanın sənayesi, iqtisadiyyatı, enerji resursları, hərbi gücü tamamilə Rusiyanın ixtiyarına keçib. Gömrüdə baş verən olayda isə məlum oldu ki, Rusiya Ermənistanı faktiki bir dövlət kimi qəbul etmir və 6 nəfər öldürən əsgərini Ermənistana təhvil vermir. Amma qanunvericiliyə görə cinayətkar ilk növbədə cinayəti törətdiyi dövlətdə mühakimə olunmalıdır. Rusiya isə açıq şəkildə bu öhdəliyi qəbul etmir və bununla bütün Ermənistanı və erməniləri aşağılayır. Vəziyət isə kritikləşir və demək olar ki, Ermənistan rəhbərliyi ilə erməni xalqı arasında açıq bir uçurumun olduğu ortaya çıxır. Bu arada isə Rusiya tərəfi güzəştə getmək əvəzinə daha sərt addım atdı. Belə ki, Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası xüsusi nəzarətə götürüldü.Bu barədə Gümrüdəki bazanın hərbi qulluqçularından biri öz facebook səhifəsində yazıb.Hərbçi bildirib ki, 102 saylı hərbi baza xüsusi nəzarətə götürülüb.Baza rəhbərliyi isə yayılan bu xəbərin doğru olub-olmaması ilə bağlı rəsmi açıqlama verməyib.Qeyd edək ki, Gümrüdə 4 min nümayişçi 102 saylı hərbi baza ətrafında toplaşıb. Onlar bir erməni ailəsini qətlə yetirən hərbçi Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edirlər. Hətta bu da bildirilir ki, kütlə hərbi hissəyə daxil olmaq istəyərsə ordu hərəkətə keçəcək və silahdan istifadə olunacaq. Analitiklər hesab edir ki, əslində bu gərginliyin kökü heç də bir əsgərin törətdiyi qətl deyil. Əsas səbəb kütlənin artıq Rusiyaya inanmadığını təsdiqləyir. Çünki ermənilər hesab edirdilər ki, Gömrük İttifaqına daxil olmaqla əlavə iqtisadi və siyasi üstünlüklərə nail olacaqlar. Amma bunun tam əksi baş verdi və Ermənistan Gömrük İttifaqına qoşulandan sonra Rusiyanın bu ölkəyə biganəliyi yarandı. Bir sözlə ermənilər artıq aldadıldıqlarını düşünürlər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59