Eldar İbrahimov: "Kənd təsərrüfatının inkişafı ölkəmiz üçün prioritetdir"
14:12 17-01-2015
SİYASƏT
Eldar İbrahimov: "Kənd təsərrüfatının inkişafı ölkəmiz üçün prioritetdir"
"2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, dövlət başçısının həmin sahəyə göstərdiyi diqqət və qayğının ifadəsidir".
Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. E.İbrahimov bildirib ki, respublikada kənd təsərrüfatının inkişafı üçün zəruri tədbirlər görülür. Onun sözlərinə görə, bu sahədə davamlı olaraq daim uğurlu addımlar atılıb və atılmaqdadır. MDB məkanında ilk dəfə Azərbaycanda torpaq islahatlarının həyata keçirildiyini xatırladan E.İbrahimov qeyd edib ki, bu fakt dövlətin aqrar sahəyə verdiyi böyüu önəmin göstərici idi.
"Bilirsiniz ki, aqrar sahə ilə əlaqədar xeyli sayda qanunlar qəbul edilib ki, bu da kənd təsərrüfanın inkişafında vacib rol oynayır. Eləcə də, dövlət başçısı tərəfindən bu sahənin inkişafı ilə əlaqədar fərman və sərəncamlar verilir. Hesab edirəm ki, ölkə Prezidentinin sərəncamı ilə 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunması bu sahənin inkişafına göstərilən diqqətin davamlı olduğunu təsdiq edir. Bütün bu faktlar təsdiq edir ki, kənd təsərrüfatının inkişafı ölkəmiz üçün prioritetdir. Çünki bu sahə qeyri-neft sektorunda mühüm yer tutur. Fikrimcə, "Kənd təsərrüfatı ili" çərçivəsində çox ciddi tədbirlər həyata keçiriləcək. Bütün bunlar isə nəticə etibarilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayacaq"- deyə, komitə sədri vurğulayıb.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53