Azərbaycan nümayəndə heyətini Böyük Britaniya Kraliçası II Yelizavetanın təşkil etdiyi qəbulda
13:26 16-05-2012
CƏMİYYƏT
Azərbaycan nümayəndə heyətini Böyük Britaniya Kraliçası II Yelizavetanın təşkil etdiyi qəbulda
Heyətdə federasiya prezidenti Elçin Quliyev, səfir Fəxrəddin Qurbanov və AAC-nın sədri Tale Heydərov təmsil olunub
Azərbaycan nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Yelizavetanın təşkil etdiyi qəbulda iştirak edib. Avropa Azərbaycan Cəmiyyətindən daxil olan məlumata görə, qəbulda Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov, Avopa Azərbaycan Cəmiyyətinin (AAC) təsisçisi və sədri Tale Heydərov iştirak ediblər.
Görüşdə Ülyahəzrət Kraliçaya belə mötəbər tədbirdə Azərbaycanın da iştirakı üçün olan dəvətə görə minnətdarlıq bildirilib. Görüşdə Kraliçaya Azərbaycanla bağlı xatirə hədiyyələri də təqdim olunub.
Həmin tədbirlərdə Azərbaycan rəqqasları, çaparları, incəsənət və mədəniyyətimizin təmsilçiləri də iştirak edib, ölkəmizin məşhur Qarabağ atları Kraliçanın izlədiyi cıdıra çıxarılıb.
Tədbirlərdə iştirak Atçılıq Federasiyası, Mədəniyyət və Turizm Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və dəstəyilə mümkün olub.
Kraliçanın taxta çıxmasının 60 illiyinə həsr olunmuş tədbirlərdə Hindistan, Rusiya, Oman, İtaliya, Kanada və digər ölkələrdən 1000 nəfərə qədər rəqqas, 550-dən artıq at iştirak edib.
Qeyd edək ki, Ülyahəzrət Kraliçanın taxta çıxmasının 60 illiyi ilə bağlı yubiley tədbirləri hazırda bütün Birləşmiş Krallıq ərazisində, o cümlədən dünyanın müxtəlif ölkələrində qeyd olunur.
Britaniyada Vindzor qalası ətrafında keçirilən tədbirləri beş gün ərzində on minlərlə yerli sakin ziyarət edib.
Bu tədbirlər çərçivəsində yalnız Azərbaycan və Omanla bağlı bu ölkələrin milli adət- ənənələrini, tarixini və mədəniyyətini əks etdirənin çadır-pavliyon qurulub. Tədbirlərdə iştirak edən qonaqlar bu pavliyonlar vasitəsilə Azərbaycan musiqisi, tarixi və mətbəxi ilə daha yaxından tanış olublar.
Tədbirlərdə həmçinin Dövlət Rəqs Ansamblı iştirak edib və milli rəqslər nümayiş etdirilib. Azərbaycan pavilyonunda hər gün xanəndə Rəvanə Ərəbovanın ifasında Azərbaycan muğamları, xalq mahnıları canlı olaraq səsləndirilib.
Həmçinin Britaniyada "Dimond Jubllee Pageant" münasibətlə hazırlanan və Kraliçanın 60 illik fəaliyyətinə həsr edilmiş xüsusi nəşr olan "Dünya ətrafında 60 il" adlı kitabda Azərbaycana həsr edilmiş xüsusi bölmə yerləşdirilib, bu kitab tədbirin keçrildiyi günlərdə bütün iştirakçılara paylanıb.
Qeyd edək ki, Kraliçanın iştirakı ilə keçirilən tədbirlərdə cıdır yarışı keçirən atlar arasında Qarabağ atları da olub. Maraqlı məlumat həm də ondan ibarətdir ki, 1956-cı ildə Sovetlər İttifaqının rəhbərliyi kraliça II Yelizavetaya "Zaman" adı verdikləri Qarabağ atı hədiyyə edib. O zaman atı Ülyahəzrət Kralıçaya məşhur azərbaycanlı çapar Əli Tağıyev aparıb. Bundan 56 il sonra isə Müstəqil Azərbaycanın Qarabağ atları Kraliçanın izlədiyi cıdırda iştirak edib. Atları idarə edən çaparlardan biri də Əli Tağıyevin nəvəsi Camal Tağıyev olub.
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06