YAP-da daha bir iddialı açıqlama
Mehriban Abasquliyeva: "YAP xalqımızın qarşısında duran vəzifələrin
yerinə yetirilməsinə öz töhfəsini verib"
"Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir".
Bu fikirləri YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva partiyanın yanvarın 29-da keçirilən iclasında qəbul edilən qərarlara və maliyyə hesabatına münasibətini bildirərkən deyib. Mehriban Abasquliyeva qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur: "Sirr deyil ki, YAP Ulu Öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir.
Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir".
"Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır, habelə, müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir" deyə vurğulayan YAP Sabunçu rayon təşkilatının sədri bildirib ki, ümumilikdə, partiyanın bütün istiqamətlər üzrə fəaliyyəti şəffalıq prinsipləri üzərində qurulub: "Mən partiyamızın maliyyə şəffaflığı barədə də fikirlərimizi bildirmək istərdim. Belə ki, digər siyasi təşkilatlardan fərqli olaraq, YAP hər zaman cəmiyyət üçün açıq olub. Bu baxımdan, vurğulamaq yerinə düşərdi ki, məhz demokratiklik faktorunun təcəssümü özünü Yeni Azərbaycan Partiyasında kifayət qədər göstərib, bundan sonra da göstərəcək".
Digər Xəbərlər
2024-12-25 23:55:58
2024-12-25 22:51:58
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48