Azərbaycana 350 milyard manata yaxın ziyan dəyib
Atatürk Mərkəzində Sosial Rifah Partiyası, Mətbuat Şurası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə "Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsi reallıqları" mövzusunda konfrans keçirilib.
Sosial Rifah Partiyasının sədri, millət vəkili, erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun rəhbəri Xanhüseyn Kazımlı mövzu ilə bağlı məruzə ilə çıxış edib.
"MBA LTD" Qiymətləndirmə Şirkətinin prezidenti, erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə İşçi Qrupun üzvü Nüsrət İbrahimov məruzəsində 1989-1993-cü illərdə Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə tarix və mədəniyyət abidələrinə, o cümlədən mülki əhaliyə dəymiş birbaşa zərərlərin müəyyən edildiyini tədbir iştirakçılarının diqqətə çatdırıb: "Tarix və mədəniyyət abidələri üzrə dəyən zərər 177 milyard ABŞ dolları, əhalinin mülkiyyətinə vurulmuş zərər isə 55,4 milyard manatdır. Həmçinin hesablanması mürəkkəb olan yerüstü və yeraltı təbii sərvətlərin talan edilərək məhv edilməsi nəticəsində dəymiş birbaşa və dolayı zərərlərin 190 milyard ABŞ dollarından artıq olacağı şübhə doğurmur".
Mətbuat Şurasının sədri Əflatun Amaşov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, habelə İşçi Qrupun digər üzvləri də məruzə ilə çıxış ediblər.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xan Cavanşir haqda sənədli film nümayiş olunub.
Qeyd edək ki, erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə İşçi Qrup Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli sərəncamına əsasən yaradılıb.
Digər Xəbərlər
2024-12-25 23:55:58
2024-12-25 22:51:58
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48