"Əli Kərimli AXCP-də Penitensiar xidmətin filialını yaradıb"
Elşən Musayev: "AXCP sədri bir gün öz "zibil"lərinin üstünün açılacağından ehtiyat edir"

"Əli Kərimlinin real həyatla və orada gedən proseslərlə heç bir zaman işi, əlaqəsi olmayıb. Bu adam özünü siyasi romantikaya o qədər aludə edib ki, artıq verdiyi qərarların, boş-boş, mənasız sərəncamların da fərqində deyil. Yəqin belə olmasaydı, AXCP sədri öz təşkilatı daxilində az qala Penitensiar xidmətin filialını yaratmazdı, onun müavin və müşavir korpusu həbsdəki cinayətkarlardan ibarət olmazdı".
Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev AXCP sədri Əli Kərimlinin son təyinatlarına münasibət bildirərkən söyləyib. E.Musayev bildirib: "Amma deyim ki, hətta bu təyinatlar belə Kərimlinin ikibaşlı oyunlarından xəbər verir. Və ya AXCP sədri bir gün öz "zibil"lərinin üstünün açılacağından ehtiyat edir. Həm də nəzərə alır ki, "içəridə" olanları ənənəvi formada öz qeyri-adi avantürası ilə təlqin edə bilməyəcək. Yəni belə bir imkandan məhrumdur. Odur ki, panikaya düşür. Hər yola əl atır. Uşaq başı aldadırmış kimi davranır".
E. Musayevin sözlərinə görə, ikinci bir məsələ Kərimlinin ambisiyasıdır: "Bu adam ömrü boyu öz ətrafında real güc görmək istəməyib. Hər zaman fövqəllik, təklik arzusunda olub. Hətta həbsdə olanlar qalsın bir yana, Kərimli vəfat etmiş şəxsləri belə özünə müavin təyin etsəydi inanın ki, təəccüblənməzdim. Nəhayət, qeyd etmək istədiyim üçüncü məsələ Kərimlinin "hind romantika"sı ilə bağlıdır. O romantika ki, AXCP sədrini göydən yerə düşməyə qoymur, fantaziyalarda yaşadır, nağıllar aləminə qərq edir. Adamı düz 23 ildir qış yuxusundan ayıltmır, hər gün, hər saat düşmüş olduğu bataqlıqda daha dərinlərə aparır. Halbuki siyasət "Azadlıq" qəzetində virtual debat təşkil edib sonucda da özünü qalib adlandıracaq debilləri deyil, ciddi insanları sevir. Məhz ciddi insanları".