Bakıda məşhur klinikalar cəzalandırıldı
Azərbaycanda məşhur özəl tibb müəssisələri cəzalandırılıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısının alınması məqsədi ilə son dövrlərdə keçirilmiş yoxlamalar zamanı özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib və bir sıra şəxslər barəsində inzibati-məcburedici tədbirlər görülüb.
Tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan işlərin və xidmətlərin siyahısı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Prezidentin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 1.3-cü maddəsinə əsasən, tibb fəaliyyəti üzrə şəxslərin məşğul ola biləcəyi işlər və xidmətlərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsində göstərilir. Buna baxmayaraq, bir sıra özəl tibb fəaliyyəti subyektləri qanunsuz olaraq xüsusi razılığın əlavəsində qeyd edilməyən işlər və xidmətləri göstərirlər.
Nəticədə, ciddi qanun pozuntularına yol verdiklərinə görə, "Bioloji Təbabət" MMC, "İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi", "İdeal Tibb Şirkəti" MMC və "Diaqnoz Tibb Şirkəti" MMC şirkətləri barəsində Azərbaycanın mövcud qanunvericiliyinə və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53