Məleykə Abbaszadə: "AMEA-nın magistraturasına qəbulla bağlı TQDK-ya rəsmi sənəd təqdim olunmayıb"
10:01 07-02-2015
CƏMİYYƏT
Məleykə Abbaszadə: "AMEA-nın
magistraturasına qəbulla bağlı TQDK-ya
rəsmi sənəd təqdim olunmayıb"
"Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbulla bağlı akademiyadan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəsmi sənəd təqdim olunmayıb. Amma inanıram ki, onlar magistraturaya qəbulun aparılması üçün lisenziya alıb".
Bunu TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, AMEA-nın magistratura pilləsinə qəbulun aparılması üçün i yol var: "Ya gərək "Təhsil haqqında" qanunda dəyişiklik edilməli, ya da elmi-tədqiqat institutuna lisenziya verilməlidir ki, o tədris apara bilər. Bu məsələdə ikinci yol seçilib və bu da hüquqi müstəvidə olan məsələdir. Mən demirəm ki, AMEA-nın magistraturası olmayacaq. Hüquqi müstəvidə lisenziya alınıbsa, bu işlər həyata keçiriləcək. Fevralın 22-də TQDK-nın keçirdiyi magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edə biləcəklər. I mərhələdə magistraturaya qəbul olmaq istəyən hər kəs bu mərhələdən keçməlidir. Seçim ikinci mərhələdə aparılacaq. AMEA ilə ikinci mərhələnin hansı formada keçirilməsi ilə bağlı müəyyən dəqiqləşdirmələr aparılır. Onlarda II mərhələyə seçimdə müəyyən yeniliklər olacaq".
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27