Milli Şuranın üzvündən acı etiraf
12:08 10-02-2015
CƏMİYYƏT
Milli Şuranın üzvündən acı etiraf
Qulamhüseyn Əlibəyli: "Artıq bu qurumun proseslərə elə də güclü təsiri yoxdur"
Radikal müxalifətin çökməkdə olan birliyi - Milli Şura son akkordlarını vurur. Artıq qurum elə bir vəziyyətə düşüb ki, üzvləri də məğlubiyyəti etiraf etməyə başlayıblar.
"Unikal"ın məlumatına görə, Milli Şuranın bəzi üzvləri üzə düşərək orda qalıblar. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli və digər başqa partiyalardan olanlar qurumu tərk etmək üçün fürsət axtarırlar. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib ki, Milli Şuranın üzvü olaraq qalır, amma Milli Şuranın proseslərə elə də güclü təsiri yoxdur. O, Milli Şuranın perspektivini də şərh edib. Qulamhüseyn Əlibəylinin sözlərinə görə Milli Şura siyasi bir blok kimi fəaliyyət göstərir. "Amma gələcəyi ilə bağlı məsələlər siyasi proseslərin gedişindən asılı olacaq",-deyə o qeyd edib. Qulamhüseyn Əlibəyli onu da deyib ki, Aydınlar Partiyasının hazırda 10 minə yaxın üzvü var.
İş o yerə çatıb ki, artıq digər siyasi qüvvələr Milli Şuranı ciddi qüvvə hesab edib onunla əməkdaşlıq etməyə səy göstərmir. "Unikal"ın məlumatına görə, 8 partiyanın bir araya gələrə yaratdığı Azadlıq-2015 seçki bloku da Milli Şura ilə bir yerdə olmaq istəmir. Müsavat Partiyası ilə danışıqlar nəticə verməməyinə baxmayaraq, bu blokun təsisçiləri Milli Şuraya əl uzatmaq istəməyiblər.
Amma Milli Şura üzvləri bunu gizlətmək üçün qabaqdan gəlmişlik edərək, Azadlıq-2015 seçki bloku ilə əməkdaşlıq etməyəcəklərini bəyan edirlər. Bu barədə açıqlama verən AXCP sədrinin müavini, Milli Şuranın üzvü 8 partiyanın yaratdığı "Azadlıq-2015" seçki bloku ilə əməkdaşlıq imkanlarını qiymətləndirərkən qeyd edib ki, bu məsələ gündəmdə deyil: "Milli Şura "Azadlıq-2015" seçki bloku ilə əməkdaşlıq etmək niyyətində deyil. Söhbət oradakı siyasi partiyaların böyük-kiçikliyindən getmir. Məsələ burasındadır ki, oradakı partiyaların əksəriyyətinin rəhbəri vaxtilə Milli Şurada olub. Onlarla necə əməkdaşlıq etmək olar?". Onun sözlərinə görə, Milli Şuranın "Azadlıq-2015" seçki bloku ilə əməkdaşlığına ictimaiyyət də birmənalı yanaşmaz: "Çox güman ki, Milli Şura parlament seçkilərinə blok şəkilində qatılacaq və heç bir kənar blokla qoşulmaqda söhbət gedə bilməz. Bizim seçkilərdə qələbə qazanmaq üçün kifayət qədər potensialımız var". R.Nurullayevə görə, Azərbaycanda seçkilərdə uğur qazanmaq üçün blokun və ya partiyanın böyük-kiçikliyinin o qədər də önəmi yoxdur: "Əsas məsələ seçki piarının düzgün aparılması və seçiciləri inandırmaqdır. Parlament seçkilərində insanlar bloka deyil, namizədlərə səs verirlər. Bu mənada namizədlərin peşəkarlığından çox şey asılıdır".
Amma fakt odur ki, Milli Şura günü-gündən zəifləyərək,cırtdan ittifaq formasına düşüb. Bu səbəbdən də heç bir normal qüvvə onlarla əməkdaşlıq edərək vaxt itirmək istəmir. Milli Şura üzvləri isə yalançı açıqlamalar verməklə özlərini gündəmdə saxlamağa cəhd göstərirlər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22