Akif Nağı: "Dağlıq Qarabağ klanının mövqeyi kifayət qədər zəifləyib"
12:12 10-02-2015
CƏMİYYƏT
Akif Nağı: "Dağlıq Qarabağ klanının mövqeyi kifayət qədər zəifləyib"
"Ümumiyyətlə, erməni soyqırımının 100 illiyi məsələsində Dağlıq Qarabağdakı ermənilərlə İrəvan erməniləri arasında zidiyyətlər hər zaman olub".
Bunu Qarabağ Azadlığı Təşkilatının (QAT) sədri Akif Nağı deyib. QAT sədrinin sözlərinə görə, Ermənistanda hakimiyyət böhranı yaranan kimi başqa ciddi siyasi qruplaşma olmadığına görə bu məsələlər ortaya çıxır: "Heç şübhəsiz ki, burada açıq-aşkar hakimiyyət uğrunda mübarizə gedir. Çünki əhalinin içərisində də Ermənistan hakimiyyətinə qarşı ciddi mənfi münasibət var. Təbii ki, hakimiyyətdə olanlar da Dağlıq Qarabağdan gələn ermənilərdir. Bu mənada istər-istəməz hakimiyyətə qarşı olan o qəzəb, DQ ermənilərinə qarşı yönəlib. Heç şübhəsiz ki, bu, getdikcə daha da dərinləşəcək. Serj Sarkisyan və onun klanı bütün vasitələrlə çalışır ki, hakimiyyəti əldə saxlasınlar. Əgər hakimiyyət dəyişikliyi olsa, onlar Seyran Ohanyanı hakimiyyətə gətirməyə çalışırlar. Amma DQ klanının mövqeyi kifayət qədər zəifləyib. Çünki bu illər ərzində onlar Ermənistana heç nə verə bilmədilər. İşğalçı ölkə səfalət içərisindədir. Beləcə, bu klanın hakimiyyətdən getmək imkanları daha çoxdur".
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27