Paskal Mönye: "Dağlıq Qarabağ münaqişəsinə həlli mümkün olmayan problem kimi baxmaq lazım deyil"
12:16 10-02-2015
CƏMİYYƏT
Paskal Mönye: "Dağlıq Qarabağ münaqişəsinə həlli mümkün olmayan problem kimi baxmaq lazım deyil"
Dağlıq Qarabağ münaqişəsi əbədi davam edəcək və heç cür həlli mümkün olmayan problem kimi qəbul edilməməlidir. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye belə hesab edir.
Mönye deyib: "Fransız dilində belə bir ifadə var: "hərəkət etmək üçün ümid lazım deyil". Mən və mənim hökumətim zənn edirik ki, Ukrayna münaqişəsini Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirmək lazım deyil. Əgər Ukraynada münaqişə davam edirsə, bu, o demək deyil ki, biz Dağlıq Qarabağ münaqişəsi məsələsində passiv olmalıyıq. Həmsədrlər tarixi tərəflərlə razılaşdırıldıqdan dərhal sonra regiona səfər edəcəklər. Biz istək görürük və tərəflərə dialoqa nail olmaqda kömək etmək istəyirik".
Diplomatın sözlərinə görə, vasitəçilik nə tribunal, nə də məhkəmə deyil, bu, diplomatların və ekspertlərin münaqişənin həllində və münaqişədən sonrakı vəziyyətdə tərəflər arasında etimadın qurulmasında bütün mümkün texnikadan istifadə etmək üsuludur: "Həmsədrlər prezidentlərin əvəzinə onların xalqları üçün nəyin daha yaxşı ola biləcəyi planında qərar qəbul edə bilməzlər".
Səfir qeyd edib ki, ötən il Fransa prezidenti Fransua Olland Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşəbbüskarı oldu, lakin görüşdən sonra baş verənlər tərəflərin ümidlərini tam doğrultmadı: "Biz hər cür vasitə ilə hər iki prezidenti dialoqa başlamağa və dialoqa mənfi təsir edən hərəkətlərdən qaçmağa təşviq edirik".
Mönyenin fikrincə, Ermənistan çətin ki, status-kvodan razı olsun: "Kənardan elə görünə bilər. Bildiyimiz ki, Ermənistan Dağlıq Qarabağa nəzarət edir, eləcə də yeddi bitişik rayonu işğal edib. Əgər biz Ermənistandakı iqtisadi vəziyyətə baxsaq, anlayarıq ki, o, yaranmış vəziyyətdən böyük qazanc əldə etmir. Hesab edirəm ki, əgər sülhə nail olunarsa, Ermənistan daha çox şey əldə edə bilər. Həmsədrlərin işi ondan ibarətdir ki, münaqişənin hər iki tərəf üçün əlverişli olan həlli üsulu tapılsın. Bilirik ki, münaqişənin həlli üçün üç əsas prinsip mövcuddur: güc tətbiq etməmək, ərazi bütövlüyü və millətin öz müqəddəratını təyin etmək prinsipi. Bəzən son iki səbəb bir-birilə ziddiyyət təşkil edir. Biz həm Ermənistanın, həm də Azərbaycanın tələblərini təmin edə biləcək sintez tapmalıyıq".
Onun sözlərinə görə, irəliləyişə inam olmadan aktivlik olmayacaq: "Bu il çox vacibdir. Ola bilsin ki, 2015-ci il Aİ üçün Ukrayna böhranına görə, "İslam Dövləti"nə görə çox mürəkkəb görünə bilər. Lakin bu, passiv olmaq üçün səbəb deyil, biz münaqişənin həlli ilə bağlı aktiv fəaliyyətimizi davam etdiririk".
Almaniyanın ATƏT-in Minsk qrupunun həmsədrliyinə daxil edilməsi ideyasına toxunan diplomat bildirib ki, Almaniya bütün digər Aİ ölkələri kimi ATƏT-in Minsk qrupunu dəstəkləyir.
Bir müddət əvvəl ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, deputat Azay Quliyev mediaya ATƏT PA-nın bu ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək "5-lik Sədrlər Şurası" (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını açıqlayıb.
P.Mönye deyib: "Avropa İttifaqı hesab edir ki, həmsədrlər qrupu münaqişənin dinc yolla və davamlı həlli üçün etibarlı strukturdur və Avropada həmsədrlər qrupunun tərkibində dəyişiklik edilməsinin müzakirə olunacağını zənn etmirəm. Eyni zamanda, inanıram ki, Aİ üzvü olan istənilən ölkənin istənilən konkret yardımı daim alqışlanacaq. Çünki Dağlıq Qarabağ münaqişəsi hamını narahat edən problemdir. Münaqişə regional sabitliyi pozur və regionun iqtisadi inteqrasiyasına mane olur, hamıya mənfi təsir edir".
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27