Prezident kadr dəyişikliyi etdi
12:19 10-02-2015
CƏMİYYƏT
Prezident kadr dəyişikliyi etdi
Cavid Qurbanovla Arif Əsgərov yeni vəzifəyə təyinat aldılar
Prezident İlham Əliyev "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Cavid Qəmbər oğlu Qurbanov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".
Prezident başqa bir sərəncamla Cavid Qurbanovu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə sədr vəzifəsinə təyin edib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Arif Nəriman oğlu Əsgərov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".
Qeyd edək ki, o, bu vəzifəyə Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2009-cu il tarixli sərəncamı ilə təyin edilmişdi.
Vəzifəsindən kənarlaşdırılmış "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Əsgərova yeni vəzifə verilib. Prezident İlham Əliyevin imzaladığı yeni sərəncama əsəsan A.Əsgərov Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini təyin olunub.
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27