Arif Hacılı Müsavatı məhvə aparır
09:56 18-02-2015
CƏMİYYƏT
Arif Hacılı Müsavatı məhvə aparır
Qubad İbadoğlu deyir ki, bu şəkildə davam etsə, partiyada rəhbərlikdən başqa heç kim qalmayacaq
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri, Divanın qərarı ilə partiyadan kənarlaşdırılan Qubad İbadoğlu geri çəkilmək niyyətində deyil.
"Unikal"ın məlumatına görə, Q.İbadoğlu tərəfdarları vasitəsi ilə Müsavatdaxili mübarizəni davam etdirmək xətti götürüb. Hətta onun mətbuatla da sıx əlaqə quraraq hazırkı rəhbərliyə qarşı mübarizə apardığı ortadadır. Belə ki, Qubad İbadoğlu mövcud vəziyyəti dəyərləndirərkən deyib ki, nizamnaməni pozanlar bu cür açıqlama verənlərdir və ilk cəzanı da Nizamnaməyə zidd bəyanatla çıxış edənlərə vermək lazımdır. Onun sözlərinə görə, bu açıqlama nəinki Müsavat Partiyasının Nizamnaməsinə, ən əsası Azərbaycan qanunvericiliyinə və insanların fundamental azadlığına ziddir: "Onlar bilməlidirlər ki, istənilən şəxs azad şəkildə ictimai təşkilatlarda birləşə və fəaliyyət göstərə bilər. Bu, hər bir vətəndaşın fundamental hüquqlarından biri olan birləşmək hüququdur. Bu dəyərlərə hörməti olmayan adamların siyasi fəaliyyətlə məşğul olması partiyadakı vəziyyəti aydın göstərir".
Müsavat Partiyası İcra Aparatının sədri Gülağa Aslanlının açıqlamasını şərh edən Q. İbadoğlu bildirib ki, partiya daxilində Nizamnamə norması insanların ictimai mənsubiyyətinə görə tətbiq oluna bilməz: "Bu açıqlama həm də Müsavatda partiyadaxili demokratiyanın olmamasının, əks fikirə dözümsüzlüyün göstəricisidir. Belə anti-demokratik açıqlamalar partiyanın onsuz da gündən-günə azalan nüfuzuna ciddi zərbədir. Bu açıqlama mənim partiyadan nəyə görə uzaqlaşdırıldığıma da aydınlıq gətirdi. Bu açıqlama göstərdi ki, mənim partiyadan uzaqlaşdırılmağım rəhbərlik etdiyim Azərbaycan Demokratiya və Rifah Hərəkatının uğurlarına görədir, bu qərar hüquqi deyil, siyasi müstəvidə sifarişlə və rəqiblərə qarşı qeyri-sağlam yanaşmadan, qısqanclıqdan irəli gələrək verilib. Bu isə acizlərə məxsus xüsusiyyətdir. Bu açıqlama Müsavat Partiyasında yeni "təmizləmə" əməliyyatlarına başlanacağından da xəbər verir. Belə gedişlə bir də görəcəklər ki, partiyada mövcud rəhbərlikdən başqa heç kim qalmayıb. Onlar hələ də başa düşmürlər ki, sıravi üzvlərsiz rəhbərlik heç kimə lazım olmayacaq".
Xatırladaq ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı açıqlamasında ADR-də olan Müsavat üzvlərinin Nizamnaməni pozduqları halda cəzalandırılacaqlarını bildirib.
Bu da onu göstərir ki, Arif Hacılı öz yolundan dönmək niyyətində deyil. Yəni, daha sərt qərarların verilməsi qaçılmazdır. Amma Q.İbadoğlunun da deydi kimi, bu proses uzun sürməyəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15