Çingiz Qənizadə: "Xədicə İsmayıla vaxtilə çox güzəşt olunub" MÜNASİBƏT
11:48 20-02-2015
CƏMİYYƏT
Çingiz Qənizadə: "Xədicə İsmayıla vaxtilə çox güzəşt olunub" MÜNASİBƏT
"Xədicə İsmayılın yanaşmasını qətiyyən qəbul etmirəm. İstər Xədicə İsmayıl olsun, istərsə də digərləri törətdikləri cinayətə görə məsuliyyətə cəlb olunublar".
Sözügedən fikirləri SİA-ya millət vəkili Çingiz Qənizadə Xədicə İsmayılın öz həbsi ilə bağlı "vecimə deyil", eləcə də "hakimiyyət qorxduğu üçün məni həbs etdirib" iddialarına münasibət bildirərkən deyib.
Çingiz Qənizadə sual edərək bildirib: "Bu o deməkdir ki, dövlət kimlərdənsə qorxduğu üçün bu ittiahmı irəli sürür? Bu sərsəm fikirdən başqa bir şey deyil. Qanun hər kəs üçün qanundur! Bütün ölkələrdə qadağan olunmuş qaydaları pozanlara qarşı ittiham irəli sürülür. O cümlədən, cinayətə cəlb olunurlar. Bu ancaq və ancaq dövlətin, ölkənin sabitliyi üçün edilən addımdır. Əgər bu cür cəzalar olmasaydı ölkə idarə olunmaz duruma düşərdi. Hesab edirəm ki, bu insanlar sərsəm fikirlərlə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdürlər".
Millət vəkili bildirib ki, Xədicə İsmayıl və onun kimiləri özlərinin bu ittihamlar qarşısında qaldığını dərk edərək bu cür açıqlamalarla çıxış edirlər: "Hər yanaşmaya, hər açıqlamaya əhəmiyyət verməməliyik. Xədicə İsmayıl və onun kimi düşünənlərə vaxtilə çox güzəşt olunub, əməllərinə göz yumulub. Amma bundan sui-istifadə etməklə dövlətin milli maraqlarına zidd, qanuna zidd hərəkətlərlə məşğul oldular və nəticəsi də göz önündədir".
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15