Amerikalı ekspert: "ABŞ Azərbaycanla bağlı ikiüzlü siyasət yürüdür"
11:49 20-02-2015
CƏMİYYƏT
Amerikalı ekspert: "ABŞ Azərbaycanla bağlı ikiüzlü siyasət yürüdür"
ABŞ son illərdə dünya arenasında təkcə Azərbaycan deyil, həm də bir çox başqa müttəfiqləri qarşısında öz nüfuzunu itirib.
Bu barədə "Tool Shed Group"un rəhbəri və eksperti Ceyson Kats ABŞ mətbuatı və siyasi dairələri tərəfindən Azərbaycana qarşı tənqidləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, əgər ABŞ əvvəllər özünün xarici, hərbi siyasətində və diplomatiyasında müəyyən xətt götürüb bu yolla irəliləyirdisə, son illər öz adət etdiyi siyasi kursdan xeyli geri çəkilib: "Əvvəllər ABŞ-ın siyasətinin əsası dostları dəstəkləmək və düşmənlərlə mübarizə aparmaqdan ibarət idi. İndi isə siyasi kursda əhəmiyyətli dəyişikliklər müşahidə edirik. Xüsusilə, Azərbaycana və İsrailə, eləcə də bəzi başqa ölkələrə münasibətdə".
Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətə toxunan ekspert qeyd edib ki, ABŞ Azərbaycanla, onun beynəlxalq səviyyədə tanınmış ərazisi, o cümlədən Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı aydın olmayan, hətta ikiüzlü siyasət yürüdür: "Bir tərəfdən, ABŞ administrasiyasının Azərbaycanın iqtisadi, təhlükəsizlik və terrorizmlə mübarizə üzrə siyasətini ardıcıl dəstəklədiyini müşahidə edirik, digər tərəfdən isə Ermənistanla münaqişənin həllinə nail olmaqdan ötrü çox az iş gördüyünü görürük".
Amerikalı analitikin fikrincə, əgər ABŞ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daha fəal dəstəkləsəydi, 2008-ci ildə Gürcüstandakı faciə və bu gün Ukraynadakı hadisələr baş verməzdi: "BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Ukraynada məcburi köçkünlərin sayı 1 milyona çatıb. Bu rəqəm Azərbaycana tanışdır; hərçənd Azərbaycan əhalisinin ümumi sayı fonunda 1 milyon Ukrayna əhalisinin sayı ilə müqayisədə xeyli çoxdur. ABŞ-da belə bir məsəl var: əgər nəsə birinə uyğun gəlirsə, deməli, başqasına da uyğun gəlməlidir. Beləliklə, əgər işğal və ərazilərin zəbt edilməsi Ukraynaya aid olanda qanunsuzdursa, onda həmin prinsip Azərbaycana və ermənilərin işğal etdikləri Dağlıq Qarabağa da şamil edilməlidir. Və ABŞ da müvafiq şəkildə hərəkət etməlidir, əks halda bu, ikili standartlar siyasətinə bənzəyir".
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15