Milli Məclisdə "Elm haqqında" qanunun müzakirəsinə başlanılıb
10:24 25-02-2015
CƏMİYYƏT
Milli Məclisdə "Elm haqqında"
qanunun müzakirəsinə başlanılıb
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında uzun müddətdir müzakirəsi gözlənilən "Elm haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevdeputatlar qarşısında məruzə ilə çıxış edərək layihə barədə məlumat verib. Onun sözlərinə görə, "Elm haqqında" qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb. Layihədə elm sahəsindəki mürəkkəb sistemlərin hüquqi müstəviyə çıxarılması, elmi səmərəliliyin keyfiyyətinin artırılması əsas amil kimi götürülüb: "Azərbaycan elmində qocalma tendensiyası müşahidə edilir. Bizim elmdə yaşı çox olan şəxslər gəncləri üstələyir". Ş.Hacıyev qeyd edib ki, layihədə müəllimlərin, alimlərin, elm adamlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı müddəalar öz əksini tapıb. 8 fəsil və 47 maddədən ibarət yeni layihədə indiyə qədər bu sahədə boşluq olan bütün məqamlar əksini tapıb. Layihəyə əsasən, Azərbaycanın elm adamları öz elmi nəticələrini və məhsullarını xarici ölkələrdə sərbəst sata biləcəklər. Bundan başqa, layihədə Azərbaycanda gənc alimlərə və elmi işçilərə mənzillə təmin olunmaq üçün güzəştli kreditlər və torpaq sahələri ayrılması təklif olunur.
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27