Avropa Parlamenti önündə mitinqi
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı 2015-ci ilin fevral ayının 21-26-da Avropanın siyasi mərkəzindən biri hesab olunan Brüssel şəhərində silsilə tədbirlər həyata keçirib.
Eədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli Məclisin üzvü Fərəc Quliyev, ATXƏM-in sədri İlham İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Dağlıq Qarabağın Azərbaycanlı İcması İH-nin üzvü Cavid Əliyev və "Birlik" jurnalının baş redaktoru İlqar İlkin iştirak ediblər.
Fevralın 25-də Azərbaycan nümayəndə heyəti Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Brüsseldə - Avropa Parlamenti önündə ATXƏM və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkil etdiyi mitinqə qatılıblar. Mitinqdə Azərbaycan və Türk diaspor təşkilatları nümayəndələri, tələbələr və yerli sakinlər də iştirak ediblər. 300 nəfərdən çox nümayəndənin qatıldığı mitinqin sonunda dünya ictimaiyyətinə müraciət qəbul olunub. Mitinqdə "Xocalıya ədalət", "Hepimiz Hocalıyız", "Hepimiz Karabağıq" şüarları səsləndirilib.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53