Aydın Mirzəzadə: "Mitinqin xaricdən verilən sifariş olduğu aydın məsələdir"
09:37 14-03-2015
CƏMİYYƏT
Aydın Mirzəzadə: "Mitinqin xaricdən
verilən sifariş olduğu aydın məsələdir"
"Radikal müxalifətin növbəti mitinqinin də xaricdən verilən sifariş olduğu aydın məsələdir". Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bir qayda olaraq müxalifət cəmiyyətin ağrılı problemlərinə, inkişaf və proqramlarına deyil, bu və ya digər məsələnin ona xaricdə iqtisadi və siyasi divident gətirəcək məsələlərə böyük maraq göstərir: "Bundan əvvəl müxalifətin aktivliyi Azərbaycanda "Avroviziya" yarışması ərəfəsində baş verdi ki, onlar dövlət əleyhinə qeyri-qanuni aksiyalar təşkil edirdilər. İndi isə ilk Avropa Oyunları kimi mötəbər idman bayramı gəlir və xaricdə müəyyən dairələr Azərbaycan qarşı çox çirkin kampaniya aparır. Burada Azərbaycanın radikal müxalifəti də onlarla səs-səsə verir. Yaxın günlərdə keçirilməsi nəzərdə tutulan aksiya əslində onların sonradan olimpiya oyunları zamanı keçirəcəyi aksiyalara məşq sayıla bilər. Onlar manatın devalvasiyası ilə bağlı aksiya keçirməyə çalışsalar da, ortaya qoyacaqları bir proqram yoxdur".
A.Mirzəzadə vurğulayıb ki, radikal müxalifətin situasiyanı gərginləşdirməklə bağlı etdikləri cəhdlər isə uğursuzluqla nəticələnəcək: "Mitinqə bir neçə gün qalmasına baxmayaraq, cəmiyyətdə ona heç bir maraq yoxdur. Toplayacaqları bir neçə yüz insan isə 10 milyonluq bir ölkədə kiçik bir damla hesab edilə bilər".
Digər Xəbərlər
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47