Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həkimlər üçün tədrisi ingilis dilində aparılan “İdman tibbi və reabilitasiya” ixtisaslaşmasının magistrantlarına “Dayaq-hərəkət sisteminin patologiyasında radioloji müayinə üsulları” fənnini tədris edən Böyük Britaniyanın London Nors Vest Universitetinin və London İmperial Kolleci Tibb məktəbinin professoru Denis Remedios tərəfindən 04-05 may 2023-cü il tarixlərində “Ümumi və idman tibbində ultrasəs müayinəsi”  mövzusunda 2 günlük təlimin keçirilməsi planlaşdırılır.

Bu barədə "Unikal"a Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının mətbuat xidmətindən məlumat verilib.